Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Baxçalı “Cümhur İttifaqı” qərarını verdi: “Məcburidir…”

Baxçalı “Cümhur İttifaqı” qərarını verdi: “Məcburidir…”

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı hakim Ədalət və İnkişaf Partiyası ilə qurulmuş “Cümhur İttifaqı”nın fəaliyyətinin davam edəcəyini açıqlayıb.

MHP lideri partiya üzvləri qarşısında çıxışında hökumət-müxalifət koalisiyasının ölkənin təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

O, “Cümhur İttifaqı”nı Türkiyənin “təhlükəsizlik zirehi” adlandırıb:

“Yeni siyasi sistemin saxlanılması üçün, “Cümhur İttifaqı”nın heç bir problem olmadan yoluna davam etməsi milli təhlükəsizliyimiz baxımından məcburidir. Çünki bu ittifaq Türkiyənin təhlükəsizlik zirehidir.

Qarşıdan gələn bələdiyyə seçkilərinin gözlədiyimiz nəticələrlə yekunlaşması ən böyük arzumuzdur”. (Teleqraf.com)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …