Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Bəşər Əsədin ordusu son 8 gündə 5 general itirib

Bəşər Əsədin ordusu son 8 gündə 5 general itirib

“WarJournal” telegram-kanalına istinadən xəbər verir ki, son 8 gün ərzində Suriyanın hökumət ordusu beş briqada generalını itirib.

Mənbəyə görə, bu gün Suriya Quru qoşunlarının briqada generalı, Hepard ləqəbli Heydər Həsən dünyasını dəyişib. O, bir neçə gün öncə Suriyanın Xarasta şəhərindəki hərbi baza uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.

Yanvarın 3-də daha bir general – İbrahim Yunus Dabrah həyatını itirmişdi. Onun da Xarastadakı döyüşlərdə yaralandığı bildirilir.

Daha öncə terrorçularla döyüşlərdə daha üç briqada generalının – Həbib Məhrəz Yunis, Məhəmməd Cenad və Əli Diopun həlak olduğu xəbər verilmişdi. (Virtualaz.org)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …