Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Avstriyalı deputatlar Zelenskini baykot etdi

Avstriyalı deputatlar Zelenskini baykot etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avstriya parlamentində videokonfrans vasitəsilə çıxış edərkən deputatlar iclası tərk edib.

Bakupost.az HaberTürk-ə istinadən məlumat verir ki, iclası tərk edənlər müxalifət partiyası deputatları olub.
Müxalif Avstriya Azadlıq Partiyasının sözçüsü Kristian Hafenecker bildirib ki, Zelenskinin parlamentdəki çıxışı tərəfsizlik prinsipini pozur:”Müharibə edən bir ölkə prezidentinin bu şəkildə danışması daimi neytrallığımızın açıq şəkildə pozulmasıdır”.
Qeyd edək ki, Zelenskinin çıxışına etiraz edən deputatlar parlamentdəki yerlərinə üzərində “Sülh və Neytrallıq” sözləri qeyd edilən pankartlar asıblar.
Ukrayna liderinin çıxışından sonra söz alan avstriyalı deputatlar Müxalif Azadlıq Partiyasının mövqeyinə reaksiya veriblər. Bildiriblər ki, bu mövqe onların Rusiyanın dostu olduqlarını nümayiş etdirir və atılan addımın Moskvanın tələbi ilə həyata keçirdiyini sübut edir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …