“Hədəf hərbi birliklərimizin evə qayıtmasıdır. Amma ABŞ Suriyadan üç məsələyə nail olmadan çıxmayacaq”
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Halley “CBS” televiziyasına açıqlamasında deyib.
“Birinci kimyəvi silahdan istifadəyə icazə verə bilmərik. Bunun baş verməməsi üçün mübarizə aparacağıq. İkinci, İŞİD-in tamamilə məğlub edilməsi lazımdır. Üçüncü, İranın bölgəyə hakim olmadığından əmin olmalıyıq”, – Halley bildirib.
N.Halley qeyd edib ki, ABŞ mövcud şəraitdə Suriya rejimi ilə əsla birbaşa təmas qurmayacaq.