Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ərdoğan “bu qıza sahib çıxın” demişdi, nazir oldu

Ərdoğan “bu qıza sahib çıxın” demişdi, nazir oldu

Türkiyədə yeni təyin olunan ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşla bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mahinur Özdəmir Göktaş Belçikada mühacir ailəsində doğulub.
O, Azad Brüssel Universitetində Siyasi elmlər fakültəsində təhsil aldıqdan sonra Belçikada fəaliyyət göstərən CHD Partiyasına üzv olub. Bir müddət sonra Belçika parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı keçirilən müzakirələr zamanı Göktaşın təmsil etdiyi partiya rəhbərliyi bütün üzvlərin bu “soyqrımı” tanımasını tələb edib. Göktaş isə buna kəskin etirazını bildirib. Nəticədə onu partiyadan xaric ediblər.

Belçika parlamentində baş verənləri və Göktaşın qətiyyətini görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “bu qıza sahib çıxın” deyə göstəriş verib. Bundan sonra Göktaş 2019-cu ilin sentyabrında Türkiyənin Əlcəzirədəki səfiri təyin edilib. Dörd il burada səfir olaraq fəaliyyət göstərdikdən sonra bu il 3 iyunda Türkiyənin ailə və sosial xidmətlər naziri olub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …