Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ərdoğan Atatürkün rekordunu təkrarladı – 5492 gün

Ərdoğan Atatürkün rekordunu təkrarladı – 5492 gün

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5492 gündür iqtidar kürsüsündə əyləşib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” yazıb.

Ərdoğan bu nəticə ilə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün 5492 günlük nəticəsini təkrarlayıb.

Qeyd edək ki, Ərdoğan 9 mart 2003-cü ildə millət vəkili olub. 15 mart 2003-cü ildə baş nazir vəzifəsinə gətirilib. 10 avqust 2014-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanaraq Türkiyənin 12-ci prezidenti seçilib. Bütün bu müddət ərzində Ərdoğan ümumilikdə 5492 gün vəzifədə olub.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə 29 oktyabr 1923-cü ildən 10 noyabr 1938-ci ilə qədər hakimiyyətdə olub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …