Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ərbildə türk dipomatına qarşı terroru planlaşdıran PKK terrorçusu Qəndildə məhv edildi

Ərbildə türk dipomatına qarşı terroru planlaşdıran PKK terrorçusu Qəndildə məhv edildi

Türkiyənin Ərbildəki konsulunun müavini Osman Kösenin şəhid edildiyi terror aktının planlaşdırıcısı olduğu müəyyən edilən, PKK-nın “liderləri”ndən sayılan Ərdoğan Ünal Türkiyə kəşfiyyatı (MİT)  və Türkiyə Silahlı Qüvvələrinin  birgə əməliyyatı nəticəsində məhv edilib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Doğan Nurhak” kod adlı Ərdoğan Ünala qarşı əməliyyat iyulun 24-də PKK-nın baş qərargahı sayılan Qəndil bölgəsində həyata keçirilib.

Terror təşkilatı PKK-nın “liderləri”ndən olan  Cəmil Bayıka bağlı “kəşfiyyat şurası”nın beş üzvündən biri olduğu təsbit edilən Ünalın terror təşkilatına  1990-da qoşulduğu, 1994-1998-ci illər arasında həbsxanada yatdığı, zindanından çıxandan sonra terror təşkilatının dağ heyətinə qatıldığı məlum olub.
 
Ünalın məhv edilməsi əməliyyatı, Qəndildə PKK “liderləri”nə qarşı həyata keçirilən ikinci əməliyyat olub. İlk əməliyyat 27 iyunda həyata keçirilmiş və əməliyyatda PKK-nın “liderləri”ndən olan “Halmat Diyar” kod adlı Garib Məhəmməd məhv edilmişdi. 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …