Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Əhmədinejad həbs olunub? – Eks-prezidentin vəkilindən açıqlama

Əhmədinejad həbs olunub? – Eks-prezidentin vəkilindən açıqlama

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Erem news” xəbər portalının məlumatında bildirilir.

“Mənim müştərim, eks-prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, – deyə Heydari ərəb mətbuatında yayılmış məlumatı şərh edib.

Rəsmi Tehran isə xəbəri indiyə qədər nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bu gün “Əl-Qüds əl-Arabi” qəzeti iranlı mənbələrə istinadən sabiq prezident Mahmud Əhmədinejadın hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edildiyinə dair informasiya yayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …