Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir – Qardaşından açıqlama

Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir – Qardaşından açıqlama

Məlum olduğu kimi, ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırılıb.

Bəziləri Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı.

Mia.az xəbər verir ki, Modern.az saytı aradan keçən müddəti nəzərə alaraq, Ziya Məmmədovdan yeni açıqlama almağa çalışsa da, sabiq nazir telefonlara cavab verməyib.

Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə saytın sualına cavab olaraq deyib ki, Ziya Məmmədov hazırda istirahət edir:

“Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb.

Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

“Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi” sualına Elton Məmmədov belə cavab verib:

“Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm”.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …

Bir cavab yazın