Ana səhifə / Cəmiyyət / “10-15 il­dən son­ra prin­sip­cə sa­vad­lı hə­kim­lə­ri­miz ol­ma­ya­caq…”

“10-15 il­dən son­ra prin­sip­cə sa­vad­lı hə­kim­lə­ri­miz ol­ma­ya­caq…”

“10 tə­lə­bə­nin ya­rı­sı pros­ta­tın ha­ra­da yer­ləş­di­yi­ni bil­mir…”

“Xəs­tə tə­ba­bət­lə öl­kə bö­yük ola bil­məz”

“Oqon­yok” jur­na­lı­nın bu­il­ki 16 fev­ral sa­yın­da mü­a­sir Ru­si­ya sə­hiy­yə­si­nin ən ya­ra­lı ye­ri olan “mü­a­li­cə edən kadrla­rın” pe­şə­kar­lıq sə­viy­yə­si ilə bağ­lı Sə­hiy­yə Na­zir­li­yi­nin baş uro­lo­qu, Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü Dmit­ri Puş­kar­la mü­sa­hi­bə dərc olu­nub. Ru­si­ya mü­hi­tin­də özü­nü qa­ba­rıq gös­tə­rən bə­zi prob­lem­lə­rin Azər­bay­can şə­ra­i­tin­də də bu və di­gər for­ma­da tə­za­hür et­di­yi­ni nə­zə­rə ala­raq, ma­raq­lı mü­sa­hi­bə­ni tər­cü­mə və çap et­mək qə­ra­rı­na gəl­dik.
Mü­sa­hi­bə­ni təq­dim edi­rik:
– Əv­vəl­cə, ge­cik­miş də ol­sa, təb­rik­lər­dən baş­la­yaq. Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı Si­zi Aka­de­mi­ya­nın müx­bir üzvlü­yü­nə təs­diq­lə­yib. Bu Si­zin üçün nə de­mək­dir? Da­ha ra­hat iş? Da­ha ra­hat hə­yat? Da­ha ef­fek­tiv təd­ris et­mə? Əs­lin­də so­nun­cu ver­si­ya da­ha ma­raq­lı­dır, çün­ki biz çox­dan­dır sə­hiy­yə təh­si­li ba­rə­də da­nış­maq is­tə­yir­dik.
– Bu ad əsas mə­sə­lə ol­sa da, yal­nız mə­nim bun­dan son­ra ne­cə ad­lan­dı­rı­la­ca­ğı­mı mü­əy­yən­ləş­di­rir. O heç bir hal­da da­ha uğur­lu cər­ra­hiy­yə əmə­liy­ya­tı apar­ma­ğı­ma və ya da­ha yax­şı təd­ris et­mə­yi­mə gə­ti­rə bil­məz. Am­ma da­ha yax­şı eşi­dil­mə­yi­mi tə­min edə­cək. İn­di gə­lək əsas su­a­la: pe­şə­kar­la­rı din­lə­yir­lər­mi?
– Bu ası­lı­dır, kim­lər özü­nü pe­şə­kar ad­lan­dı­rır…
– Elə­dir. Biz da­im şi­ka­yət­lə­ni­rik ki, pe­şə­kar­la­rın sö­zü eşi­dil­mir. Ni­yə? Ona gö­rə ki, pe­şə­kar­lar son il­lər öz­lə­ri­ni bir ne­çə də­fə kompro­mis­lər­dən kə­nar­da qo­yub­lar. Bu isə iki­tə­rəf­li pro­ses­dir: cə­miy­yət pe­şə­kar­la­rı ya­ra­dır və son­ra onu özü kə­na­ra atır. Bu isə tə­lə­bə skam­ya­la­rın­dan baş­la­yır.
– Bu möv­zu­da sis­tem­li böh­ran nə za­man ya­ran­dı?
– 30-40 il əv­vəl qız seç­di­yi oğ­la­nı ata-ana­sı­na təq­dim edib de­yən­də “Ta­nış olun, bu Vas­ya­dır, hə­kim­lik oxu­yur”, va­li­deynlər qü­ru­run­dan şi­şir­di. Çün­ki bi­lir­di­lər ki, qız­la­rı in­tel­lek­tu­al və hör­mət­li in­san­la ya­şa­ya­caq. Bu gün isə Ru­si­ya­da gənc hə­kim hər za­man sa­vad­lı in­san de­mək de­yil. O həm də var­lı ol­ma­yan, özü­nə və ai­lə­si­nə za­man ayır­maq im­ka­nın­da ol­ma­yan bi­ri­dir. Bu gün o bə­zən elə şərtlər al­tın­da iş­lə­mə­li olur ki, nor­mal in­san­lar yə­qin bu cür iş­lə­mək­dən im­ti­na edər.
– Yə­ni böh­ran pe­şə­nin san­ba­lı aşa­ğı düş­dü­yü üçün baş ve­rir?
– Əl­bət­tə. Mən də bu­nu ay­dın­laş­dır­ma­ğa ça­lı­şı­ram. Ötən əs­rin 30-cu, 40-cı, 50-ci il­lə­rin­də so­vet tə­ba­bə­ti dün­ya­nın ən qa­baq­cıl tə­ba­bət­lə­rin­dən bi­ri idi. O za­man tə­ba­bət hər yer­də təx­mi­nən ey­ni idi – ava­dan­lıq­lar­dan de­yil, in­san­lar­dan ası­lı idi. Bi­zim öl­kə­də isə həm də Sta­lin “ət­çə­kə­nin­dən” qur­tul­muş in­san­lar­dan. Bun­lar adi hə­kim­lər de­yil­di, ge­niş dün­ya­gö­rü­şü­nə ma­lik in­san­lar idi. On­la­ra kon­ser­va­to­ri­ya­lar­da, oxu zal­la­rın­da rast gə­li­nir­di, bir ne­çə dil bi­lir­di­lər və ən əsa­sı, da­im oxu­yur, dün­ya­gö­rüş­lə­ri­ni ar­tı­rır­dı­lar. Bu hə­kim­lər in­san­la­rı 60-70-ci il­lə­rə qə­dər mü­a­li­cə et­di­lər və son­ra hər şey bit­di. Bir tə­rəf­dən di­no­zavrlar ki­mi fi­zi­ki ölüm­lə or­ta­dan yox ol­du­lar, di­gər tə­rəf­dən men­tal da­ğıl­ma­lar, də­yər­lə­rin sis­tem­li çö­kü­şü baş­la­dı. Əs­lin­də isə bi­zim pe­şə­mi­zin əsa­sı­nı in­san hə­ya­tı­nın də­yə­ri təş­kil edir. Və bu şey­lər ar­tıq heç kə­sə la­zım ol­ma­dı. Hə­lə üs­tə­lik, hər şe­yin ma­hiy­yə­ti­nə var­maq is­tə­yən in­san­la­ra gül­dü­lər. Bö­yük pro­fes­sor­lar aya­qüs­tü kon­sul­ta­si­ya ver­mə­yə baş­la­dı­lar, tə­şəb­büs­kar­lar isə öz mək­təb­lə­ri­ni qo­ru­ya bil­mə­di­lər. 70-ci il­lər­də bü­tün öl­kə üz­rə tibb insti­tut­la­rı, bir-iki­si­ni çıx­maq şər­ti­lə, for­mal mü­əs­si­sə­lə­rə çev­ril­di.
– Bəs son il­lər­də tibb təh­si­li alan tə­lə­bə­lər han­sı is­ti­qa­mət­də də­yiş­di?
– Şüb­hə­siz ki, mən­fi is­ti­qa­mə­tə. Or­ta mək­tə­bi yax­şı ba­za ilə bi­tir­miş bi­rin­ci kurs tə­lə­bə­lə­ri üçün Bi­li­yi in­ter­net əvəz­lə­di, mək­təb proq­ra­mın­dan bəl­kə bir-iki ki­tab ar­tıq oxu­du­lar. Yə­qin on­lar­dan so­ru­şul­sa ki, ni­yə tə­ba­bə­tə üz tu­tub­lar, ço­xu heç bu su­a­la ca­vab ve­rə bil­məz. Biz təd­qi­qat apar­dıq və nə­ti­cə­dən dəh­şə­tə gəl­dik. Tibb fa­kül­tə­si­nin 1000 tə­lə­bə­sin­dən yal­nız 10 nə­fər in­gi­lis di­li bi­lir! On fa­iz də de­yil, bir fa­iz! Yə­ni o də­rə­cə­də bi­lir­lər ki, ka­fe­də qay­qa­naq si­fa­riş edə bi­lər­lər, am­ma el­mi jur­nal­da mə­qa­lə oxu­maq və ya təq­di­mat ke­çir­mək də­rə­cə­sin­də, əs­la. Bun­suz bu gün han­sı tib­bi təh­sil­dən da­nış­maq olar? Da­ha son­ra biz 1000 tə­lə­bə­yə Puş­ki­nin bir mis­ra­sı­nı de­yə­rək da­va­mı­nı söy­lə­mə­si­ni is­tə­dik. Ye­nə hə­min on nə­fər… De­yə bi­lər­siz ki, çox cid­di tə­ləb­kar­lıq edi­rəm. Bə­li, cid­di tə­ləb­kar­lıq edi­rəm, çün­ki is­tə­yi­rəm mə­nim də öl­kəm­də və­ziy­yət si­vil döv­lət­lər­də­ki ki­mi ol­sun. Al­ma­ni­ya­da və ya Ame­ri­ka­da ol­du­ğu ki­mi, qız hə­kim­lik oxu­yan oğ­la­nı va­li­deynlə­ri­nə təq­dim edən­də on­la­rın üzü gül­sün.
– Bu hər za­man be­lə ol­mur. Mə­sə­lən, İs­ra­il­də hə­min səh­nə baş ve­rər­sə, qı­zın va­li­deynlə­ri öz­lə­ri­nə əl qa­tır ki, bəs, 6 il o tə­lə­bə olub qan qu­sa­caq, son­ra bir il təc­rü­bə ke­çə­cək, son­ra 4 il or­di­na­tu­ra- həf­tə­də beş gün ge­cə növ­bət­çi­li­yi…
– Am­ma son­ra ömür­lük hör­mət və çox yük­sək ma­aş! Bu ada­ma cə­miy­yət­də mü­na­si­bət də di­gər pe­şə sa­hib­lə­rin­dən fərqli ola­caq.
– Tib­bi jur­na­la abu­nə ol­maq 100 dol­lar­dan 500 dol­la­ra qə­dər məs­rəf de­mək­dir. Tə­lə­bə bu­nu özü­nə rə­va gö­rə bi­lir?
– Heç kim heç nə­yə abu­nə ol­mur, heç kəs də heç nə oxu­mur. Hə­min o bir fa­iz ki dil bi­lir, o da pul­suz nəşrlə­ri oxu­yur.
– Tə­lə­bə­lər üçün xəs­tə ya­nın­da prak­ti­ka keç­mək nə də­rə­cə­də əl­ça­tan­dır?
– Tə­lə­bə­yə dər­hal xəs­tə ya­nın­da prak­ti­ka keç­mək la­zım de­yil. Proq­ram var və onun əsa­sın­da bəl­li bir müd­dət ər­zin­də, tu­taq ki, bir həf­tə­yə tə­lə­bə uro­lo­gi­ya­nı öy­rə­nir. Yə­ni 5 il ər­zin­də öy­rən­mə­li ol­du­ğu­nu bir həf­tə­yə öy­rə­nir. Siz­cə bir həf­tə­yə o nə öy­rə­nə bi­lər? Bu hal­da xəs­tə ya­nın­da prak­ti­ka onun nə­yi­nə la­zım­dı? Heç nə­yi­nə. Be­lə­lik­lə, prob­lem da­ha də­rin­də, sis­tem­də­dir. Tə­səv­vür edin, adam tibb fa­kül­tə­si­nə gə­lib, am­ma əmin de­yil ki, hə­kim ol­maq is­tə­yir, ya yox, bu bir. Hət­ta bu insti­tu­tu bi­tir­sə də, onun hə­kim ol­maq üçün sa­va­dı yox­dur, bu iki. Ət­ra­fı ilə ün­siy­yət qur­maq­dan öt­rü ge­niş dün­ya­gö­rü­şü­nə ma­lik de­yil, bu da üç. Bu ada­ma dərs de­yən­lər də an­la­yır ki, o öz ye­rin­də de­yil. La­kin mə­sə­lə on­da­dır ki, heç ona dərs de­yən­lər də öz ye­rin­də de­yil. Üs­tə­lik, bü­tün dün­ya­da qə­bul olun­muş təh­sil sis­te­mi də yox­dur. Bəs son­ra? Öl­kə­nin heç bir ye­rin­də pe­şə­kar­la­rın ha­zır­lan­ma­sı üçün döv­lət proq­ra­mı yox­dur. Yal­nız or­di­na­tu­ra var və is­tə­ni­lən hal­da hə­kim ol­maq is­tə­yən­lər iki il kli­ni­ka­ya gə­lib-ge­dir. La­kin iki il­də heç bir hal­da hə­kim ye­tiş­dir­mək ol­maz axı… Tə­səv­vür edin, mü­ha­zi­rəm­də 40 nə­fər otu­rub. De­yi­rəm, bir il­dən son­ra hə­kim ola­caq­sız, kim bu­na ha­zır­dır? İki nə­fər əli­ni qal­dı­rır. Qə­şəng qız­dan so­ru­şu­ram kim ola­caq­san? De­yir gi­ne­ko­loq. De­yi­rəm bəs əli­ni ni­yə qal­dır­ma­dın, iş­lə­mək is­tə­mir­sən? De­yir is­tə­yi­rəm, am­ma iş­lə­mə­yə­cə­yəm, çox qor­xu­lu­du…
– Bəs xa­ri­ci tə­lə­bə üçün qor­xu­lu de­yil?
– Xa­ric­də tə­lə­bə insti­tu­tu gi­ne­ko­lo­gi­ya üz­rə bi­ti­rir. Bu 6 ilin 6 ayı­nı xəs­tə­xa­na­da embri­o­lo­gi­ya, ma­ma­lıq və ne­o­nar­to­lo­gi­ya öy­rə­nir. Do­ğuş qə­bul elə­mə­yi, abort elə­mə­yi və bu­nun cər­ra­hi tə­rəf­lə­ri­ni öy­rə­nir. Son 2 il­də 10-20 müx­tə­lif əmə­liy­yat­lar edir. Nə­za­rət al­tın­da, am­ma özü! Və təh­si­li­ni hər­tə­rəf­li gi­ne­ko­loq ki­mi ta­mam­la­yır. Bi­zim postdip­lom təh­sil sis­te­mi­miz hə­lə­lik be­lə hə­kim­lər ha­zır­la­mır axı… Mən hə­lə­lik de­yi­rəm, çün­ki bu mə­sə­lə ar­tıq gün­dəm­də­dir, yə­ni na­zir­lik sə­viy­yə­sin­də pe­şə­kar tib­bi təh­sil mə­sə­lə­si­nə ba­xı­lır. Bu isə ümid­ve­ri­ci­dir.
– 2015-ci il­də ru­si­ya­lı hə­ki­min or­ta ay­lıq əmək­haq­qı 48 min rubl, tibb va­cı­sı­nın­kı isə 27 min rubl təş­kil edib. Tibb ba­cı­sı xəs­tə­xa­na­nın kra­li­ça­sı­dır, o 27 min­lə ne­cə ya­şa­sın?
– Sən ümu­miy­yət­lə bi­lir­sən tibb ba­cı­sı insti­tu­tu nə de­mək­dir? Qərb kli­ni­ka­la­rın­da bi­lir­sən ne­cə tibb ba­cı­la­rı iş­lə­yir? Bu ba­rə­də bi­zim mət­bu­at yaz­mır. Tibb ba­cı­sı mü­a­sir tibbdə açar fi­qur­dur. Biz­də mü­ha­ri­bə döv­rün­dən tibb ba­cı­sı ob­ra­zı ne­cə­dir? On­lar əl­lə­ri­lə de­yil, ruh­la­rı ilə sa­ğal­dır­dı­lar, ya­ra­lı­la­rı çi­yin­lə­rin­də da­şı­yır­dı­lar, nə qə­dər ko­man­dir­lər tibb ba­cı­la­rı ilə ev­lən­miş­di. İn­di ne­cə­dir? Tibb ba­cı­sı xəs­tə­ni apa­ra­ta qoş­ma­lı­dır, han­sı ki, hə­min apa­ra­tın üzə­rin­də bir də­nə də rus hər­fi yox­dur. Bir de­yil, 25 be­lə apa­rat­la iş­lə­mə­yi ba­car­ma­lı­dır, həm cər­ra­hiy­yə­də, həm re­a­ni­ma­si­ya­da, həm də pa­la­ta­da. Biz tibb ba­cı­la­rı­nı xa­ric­də təh­sil al­ma­ğa gön­dər­mə­yə ha­zı­rıq, la­kin on­lar heç bir əc­nə­bi dil bil­mir­sə, biz nə edə bi­lə­rik?
– Ha­zır­da tibb tex­ni­ku­mu­nu bi­ti­rən qız­lar nə­yi ba­ca­rır?
– Ən yax­şı hal­da qan­dan qorxmur və iy­nə vu­ra bi­lir. Da­ha ar­tı­ğı­nı öy­rət­mək uzun pro­ses­dir. Ba­za­sı olan kol­lek­ti­və dü­şər­sə və dəs­tək ve­rə­ni olar­sa, bəx­ti gə­tir­di de­mək­dir. Ar­dın­ca də­nə­mə və səhvlər – Apa­rat iş­lə­mə­di, mü­hən­dis ça­ğı­rıl­dı, gə­lib izah et­di, ya­dın­da qal­ma­dı, qeydlər gö­tür­dü, nə­ha­yət öy­rən­di və sa­ir. Bu bü­tün öl­kə­də be­lə­dir.
– Bəs prob­le­min kö­kü har­da­dır? Bu ma­şı­nı düz­gün is­ti­qa­mə­tə ne­cə dön­dər­mək olar?
– Pe­şə­kar­la­ra qa­yı­daq. Pe­şə­kar ali mək­təb rəh­bə­ri kim­dir? Bü­tün dün­ya­nı gə­zib har­da nə­yin ne­cə ol­du­ğu­nu gör­mə­li olan in­san. Bu ona on­dan öt­rü la­zım­dır ki, özü­nün rəh­bər­lik et­di­yi təh­sil mü­əs­si­sə­si­ni ne­cə in­ki­şaf et­dir­mə­li ol­du­ğu­nu, iki-üç il­dən son­ra tibbdə nə­yin əsas ola­ca­ğı­nı bil­sin. İlk su­al – o xa­ri­ci dil bi­lir? Çə­tin. İkin­ci­si, bu­na kim ona şə­ra­it ya­ra­da­caq? Heç kim, çün­ki sis­tem bu­nu nə­zər­də tut­mur. Rek­to­run bü­tün mə­na­lar­da əl-qo­lu bağ­lı­dır. Mə­sə­lən, bi­zim xəs­tə­xa­na­da tə­lə­bə­lə­rə, hə­kim­lə­rə, o cüm­lə­dən xa­ri­ci­lə­rə dərs ke­çi­rik, la­kin bir dərs ota­ğı­mız var, hal­bu­ki 10 otaq la­zım­dır.
– 2015-ci il­də 13 el­mi-təh­sil klas­te­ri ya­ra­dı­lıb. Be­lə gö­rü­nür, bu, sis­te­mi də­yiş­mək cəh­di­dir.
– Mən bu ba­rə­də heç nə bil­mi­rəm.
– Hə­kim­lə­rin ser­ti­fi­kat­laş­dı­rıl­ma­sı əvə­zi­nə akkre­di­ta­si­ya ke­çi­ril­di…
– Bu ba­rə­də də heç kim heç nə bil­mir.
– Hə­kim­lər ix­ti­sas ar­tır­maq üçün bal top­la­yır
– Bə­li-bə­li. Biz edə bil­di­yi­miz hər şe­yi edi­rik, la­kin qlo­bal şə­ra­it elə və­ziy­yət ya­ra­dıb ki, heç kəs bu şə­ra­i­ti də­yiş­mək yö­nün­də qə­rar qə­bul et­mir.
– Han­sı qə­ra­rı? 2 mil­yon­luq tibb per­so­na­lı­nın bü­tün öl­kə bo­yu in­gi­lis­cə da­nı­şa bil­mə­si qə­ra­rı­nı?
– Əl­bət­tə! Əsas su­al bu­dur: bu pro­ses, onun adı akkre­di­ta­si­ya və ya ser­ti­fi­ka­si­ya ol­sun, bu per­so­na­lın üç­də iki­si­ni sı­ra­dan çı­xar­ma­ya­caq­mı? Axı biz 70-80-ci il­lər­dən nə qə­dər hə­kim­lər ye­tiş­dir­mi­şik, in­di on­la­rın 40-60 yaş­la­rı var və on­lar iş­lə­yir. On­la­rın kom­pe­ten­si­ya­sı ne­cə­dir?
– Ne­cə­dir?
– Əsl pe­şə­kar akkre­di­ta­si­ya ke­çi­rə­rik­sə… Bu ba­rə­də heç dü­şün­mək be­lə is­tə­mi­rəm. Tu­taq ki, sən Fran­sa­da uro­lo­qun ya­nı­na gəl­mi­sən. Fər­qi yox­dur, bu hə­kim pay­taxt Pa­ris­də­dir, ya­xud əya­lət şə­hə­rin­də. Sə­ni stan­dart ix­ti­sas­lı hə­kim qə­bul edə­cək. Biz­də isə pay­taxtla əya­lət ara­sın­da hə­kim­lə­rin sə­viy­yə­sin­də fər­qin ol­ma­ya­ca­ğı­na heç bir tə­mi­nat yox­dur. Və biz bu­nun­la heç nə edə bil­mi­rik. Gə­lə­cə­yə pes­si­mist bax­maq is­tə­mi­rəm, la­kin bu də­rin böh­ran­dan çı­xı­şın ilk mər­hə­lə­si pe­şə­kar­la­rı din­lə­mək­dən iba­rət­dir.
– Siz bu ça­ğı­rı­şı ki­mə edir­siz? Hö­ku­mə­tə?
– Əl­bət­tə. Çün­ki prob­lem bu gün on­dan baş­la­yır ki, pe­şə­kar rəh­bər­li­yin qə­bu­lu­na dü­şə bi­lir­mi? Tə­bii ki, yox. İkin­ci prob­lem hə­kim­lə­rin öz­lə­ri­nin pe­şə­kar­la­rı din­lə­mə­yə ha­zır olub-ol­ma­ma­sı­dır. Mən Sə­hiy­yə Na­zir­li­yi­nin baş uro­lo­qu­yam. Sut­ka ər­zin­də is­tə­ni­lən uro­lo­qun su­al­la­rı­nı ca­vab­lan­dır­ma­ğa ha­zı­ram. Biz xü­su­si mo­bil şə­bə­kə ha­zır­la­mı­şıq və bu şə­bə­kə öl­kə­nin bü­tün uro­loq­la­rı­nı əla­qə­lən­di­rir. Elə bi­lir­siz mə­nə tez-tez zəng vu­rur­lar? Xeyr. Və mən vax­tı­mın bö­yük his­sə­si­ni sı­ra­vi hə­kim ki­mi ke­çi­ri­rəm. Çün­ki sı­ra­vi tə­ba­bə­tin ne­cə ya­şa­dı­ğı­nı bil­mə­yə borclu­yam. Dü­nən Tü­men­də idim. Elə bir əmə­liy­yat ota­ğın­da əmə­liy­yat ke­çir­dim ki, mə­nim­ki ilə mü­qa­yi­sə et­mək ol­maz. San­ki mən­də “Ji­qu­li”dir, ora­da “Rols-Roys”. Be­lə tə­şəb­büs­kar­lar var və on­lar bu
tip ava­dan­lıq­la­rın alın­ma­sı­na na­il olur­lar. La­kin bi­zə tə­şəb­büs­kar­lıq de­yil, sis­tem la­zım­dır. Öl­kə­də stan­dart əmə­liy­yat otaq­la­rı ol­ma­lı­dır, be­lə fərqli­lik doğ­ru de­yil. Həm­çi­nin uro­loq da, is­tər Tü­men­də, is­tər Moskva­da, is­tər­sə də Rya­zan­da təx­mi­nən ey­ni bi­lik sə­viy­yə­sin­də ol­ma­lı­dır. Mən is­tə­mi­rəm biz ye­ni­dən ek­zo­tik öl­kə­yə çev­ri­lək, be­lə bir təh­lü­kə isə möv­cud­dur. 10-15 il son­ra biz elə bir si­tu­a­si­ya ilə üz­lə­şə­cə­yik ki, prin­sip­cə bi­zim sa­vad­lı hə­ki­mi­miz ol­ma­ya­caq.
– Yə­ni bu eni­şi dur­dur­maq ol­maz?
– Bu çox çə­tin­dir. İn­san­lar an­la­mır ki, tibb nə qə­dər irə­li ge­dib. Biz KT və MRT-lə­rin sa­yı­nın artma­sı­nı sıç­ra­yış he­sab edi­rik, gül­mə­li­dir. Sıç­ra­yı­şı in­san­lar edir, tex­ni­ka de­yil. İn­di bi­zim tə­lə­bə­lə­ri­miz olan in­san­lar isə heç bir sıç­ra­yı­şa na­il ol­maq sə­viy­yə­sin­də de­yil. Bu o vax­ta qə­dər da­vam edə­cək ki, ha­zır­kı təh­sil şərtlə­ri bir çox şey­lə­ri bil­mə­dən on­la­ra ali mək­tə­bi bi­tir­mə­yə im­kan ve­rə­cək. Bax mən pros­ta­tı əmə­liy­yat edər­kən sən də ar­xam­da da­yan­mış­dın. Mən 4-5-ci kurs tə­lə­bə­lə­rin­dən so­ruş­dum ki, bu han­sı or­qan­dı? 10 nə­fər­dən 7-si ca­vab ver­di, 3-ü bil­mə­di. Da­ha son­ra so­ru­şu­ram o har­da yer­lə­şir? Cə­mi beş nə­fər bil­di – ya­rı­sı!
– Bəs on­lar im­ta­ha­nı, za­ço­tu ne­cə ve­rib­lər?
– Mə­sə­lə də bu­dur. Bu­nu tibb mə­mu­ru­na da­nı­şı­ram, de­yir: “Şi­şirtmə­yin, on­lar bi­lir. Sa­də­cə qə­fil su­al ve­rib çaş­dır­mı­sız”. Bu­dur bi­zim postkom­mu­nizm ya­naş­ma­mız. Yüz il ke­çib, bi­zim ya­naş­ma­mız də­yiş­mə­yib.
-Nə baş ver­mə­li­di? Baş­qa cür ya­naş­ma­sı olan in­san­lar har­dan ta­pıl­ma­lı­dı?
– Əsas su­al da bu­dur. Və mən onun ca­va­bı­nı bil­mi­rəm. Hə­kim ol­ma­ğı in­san o za­man is­tə­yər ki, əmin ol­sun – bu pe­şə­yə xü­su­si ya­naş­ma var, xəs­tə­xa­na­lar tə­miz və gö­zəl yer­lər­dir, xəs­tə­xa­na rəh­bər­li­yi onu pe­şə­kar ki­mi qə­bul edib ide­ya­la­rı­nı dəs­tək­lə­yə­cək, ava­dan­lı­ğı ye­ni­lə­yə­cək. Onun in­ki­şa­fı üçün şə­ra­it ol­ma­lı­dır – bu hal­da o in­ki­şaf edə­cək. Ha­zır­da xəs­tə­xa­na­da iş­lə­yən in­san yal­nız və­ziy­yət­dən çıx­ma­ğa ça­lı­şır, in­ki­şaf yox­dur. Ye­nə de­yi­rəm. no­va­tor­lar da, tə­şəb­büs­kar­lar da var, sis­tem yox­du.
– Si­zi ha­zır­kı tibb təh­si­li sis­te­min­də ən çox qor­xu­dan nə­dir?
– Bit­mə­yən mü­ba­ri­zə: bü­tün ener­jin mü­kəm­məl­ləş­mə­yə de­yil, bu və ya di­gər ma­ne­ə­ni aş­ma­ğa sərf olu­nur. Ən qor­xu­lu­su da odur ki, gənclik bu­nun­la bö­yü­yür. Gö­rür ki, pe­şə­kar­la­rı din­lə­mə­yə ha­zır ol­ma­yan­lar par­laq tə­şəb­büs­lə­ri məhv edir. Mən bi­zim öl­kə­ni bö­yük gör­mək is­tə­yi­rəm, xəs­tə tə­ba­bət­lə isə öl­kə bö­yük ola bil­məz. Bu­nun­la be­lə, mən op­ti­mis­təm. Bu gün si­tu­a­si­ya kri­tik həd­də çox ya­xın­dır. La­kin mən ina­nı­ram ki, biz pe­şə­kar­la­rın diq­qə­tə alı­na­ca­ğı an uzaq­da de­yil. Bu­nun üçün isə ilk növ­bə­də mə­mur­la­rı öl­kə­də mü­a­li­cə olun­ma­ğa məc­bur et­mək la­zım­dır, özü də 4-cü İda­rə sis­te­min­də de­yil, döv­lət şə­hər xəs­tə­xa­na­la­rın­da. Çox çə­tin ola­caq, am­ma bun­suz ötüş­mək müm­kün de­yil…  “Baki-xeber”

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın