Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Taksidə siqaret çəkməyə görə cərimələr necə müəyyən ediləcək – ŞƏRH

Taksidə siqaret çəkməyə görə cərimələr necə müəyyən ediləcək – ŞƏRH

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, qanunun tələblərinə uyğun olaraq nəzarət mexanizmi təkmil şəkildə qurulmalıdır:

“Nəzarət mexanizmi video-müşahidə aparatları və vizual  olaraq həyata keçirilə bilər. Daxili İşlər Nazirliyi əməkdaşları vizual olaraq pozuntunu müşahidə etsələr, protokol tərtib edə bilərlər. Sərnişindaşıma xidmətləri həyata keçirən nəqliyyat vasitəsində siqaret çəkilməsi yolverilməz haldır. Bu sahədə maarifləndirmə işlərinin görülməsi də faydalı olar”.

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …