Ana səhifə / Cəmiyyət / “Mən Zirəddin deyiləm ki, yalandan proqnoz verim”- Rəşid Mahmudov

“Mən Zirəddin deyiləm ki, yalandan proqnoz verim”- Rəşid Mahmudov

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Yoluxma sayı artıq ikirəqəmliyə düşüb. İnsanlar hesab edirlər ki, ölkədə koronavirusun kökü kəsildiyi üçün bütün məhdudiyyətlər ləğv olunmalıdır.

Qeyd edək ki, vaxtilə Çində də belə olmuşdu. Yoluxma sayı kəskin şəkildə azalmışdı. Hətta elə bölgələr vardı ki, yoluxanlarınn sayı 0-a enmişdi. Lakin birdən yoluxanların sayı kəskin şəkildə artdı. Hazırda Çində sərt karantin qaydaları tətbiq olunub.

Maraqlıdır, doğrudanmı Azərbaycan koronavirusun kökünü kəsib?

Yenidən sərt karantin elan oluna bilərmi?

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, havalar isinəndə virus tamamən yox ola bilər:

“Azərbaycanda koronavirus bitə bilər. Əgər insanlar bir az da qayda-qanunlara əməl etsə, karantin bitəcək. Bununla yanaşı, getdikcə havalar da isinir. Havalar isinəndə virus yox ola bilər. Çünki hər kəs ultrabənövşəyi şüanı qəbul edəcək. Virus isə 25-30 dərəcədə ölür”.

R.Mahmudov qeyd edib ki, gərək fala baxan olasan ki, bu barədə söz deyəsən:

“Yenidən sərt karantinin tətbiq edilib-edilməyəcəyini mən bilmərəm. Bunu demək üçün gərək Zirəddin kimi falabaxan olasan. O, nə yalanlar danışırdı! Deyirdi ki, müharibə 10 günə qurtaracaq. Lakin onun dedikləri olmadı. Mən Zirəddin kimi falabaxan deyiləm ki, yalandan proqnoz verim”.

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …