Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə dünən işdən çıxarılan icra başçısına qarşı qərar verdi

Məhkəmə dünən işdən çıxarılan icra başçısına qarşı qərar verdi

Dekabrın 21-də Xəzər Rayon Məhkəməsində rayonun sabiq icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına baxılıb.
Qafqazinfo xəbər verir ki, hakim Əkrəm Qəhrəmanov qərarı elan edib. Məhkəmənin qərarı ilə Gülağa İslamovun iddiası əssasız hesab olunduğu üçün rədd olunub.
Qeyd edək ki, Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.
Xatırladaq ki, G. İslamov dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …