Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Daha bir süpürgəçi qadını maşın vurub ÖLDÜRDÜ

Daha bir süpürgəçi qadını maşın vurub ÖLDÜRDÜ

Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib.

Sputnik.az xəbər verir ki, bu barədə Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, insident dekabrın 21-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ-2104” markalı avtomobil küçədən keçən piyadanı – 54 yaşlı Bayramova Xeyransa Seyran qızını vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə dünyasını dəyişib.

Daha sonra məlum olub ki, Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X. Bayramova cari il ərzində Bakı və Abşeron ərazisində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan 12-ci süpürgəçidir. Bundan əvvəlki ölüm halı dekabrın 13-də “Koroğlu” metro stansiyası yaxınlığında qeydə alınıb.

Həmin vaxt 173 saylı “Daewoo” markalı avtobus 58 yaşlı süpürgəçi Əliyeva Hürü Cəlal qızını vurmuşdu. Qadını təcili 3 saylı kliniki tibbi mərkəzə aparsalar da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …