Ana səhifə / Cəmiyyət / “Dövlət ədaləti nə qədər çox təmin edə bilirsə, əhali də üsyana meylli olmur”

“Dövlət ədaləti nə qədər çox təmin edə bilirsə, əhali də üsyana meylli olmur”

“Xalqın mütləq əksəriyyətini iqtidarın dünənki uğurları maraqlandırmır. Onu yalnız bu günü maraqlandırır. Özü də yalnız özünün bu günü yox. O, öz güzəranını ətrafdakılarla müqayisə edir, xüsusilə haqsız olaraq daha yaxşı yaşayanlarla. Onu dövlətin ideologiyası da maraqlandırmır. Kapitalizm, sosializm, faşizm, din, ateizm və s. – heç bir fərqi yoxdur. Onu yalnız namusunun, mülkiyyətinin və fəaliyyətinin toxunulmazlığı, dövlətin ədaləti təmin etməsi maraqlandırır. Dövlət ədaləti nə qədər çox təmin edə bilirsə, əhali də üsyana meylli olmur”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, xalqın mütləq əksəriyyəti qanunlara ədalətlilik, halal-haram baxımdan deyil, yalnız cəzadan qorxduğu üçün riayət edir: “Cəzasızlığı hiss edən kütlə istənilən zorakılığa və əclaflığa qadirdir. İqtidar sahiblərinin özbaşınalığı bunun qarşısında heç nədir. Buna görə də iqtidar adil olmalıdır ki, kütlənin qurbanı olmasın. Və ya kütlədən qorunmaq üçün dəvət etdiyi yadellilərin əlində oyuncaq olmasın”.

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …