Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

AZAL-ın təyyarəsi Türkiyədə quşla toqquşdu

AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quşla toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.

Bu barədə AZAL-ın “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, “J2-080” İstanbul (IST) – Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edilib ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq. Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyib.

Həmçinin oxuyun

Həcc ziyarəti bu tarixdə başlayır

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə “Report”un sorğusuna …