Ana səhifə / Cəmiyyət / Avakov-Saakaşvili davasının görüntüləri yayıldı – VİDEO

Avakov-Saakaşvili davasının görüntüləri yayıldı – VİDEO

Ukrayna prezidenti Petro Poroşenkonun sədrliyi ilə keçirilən iclasda daxili işlər naziri Arsen Avakovla Odessa qubernatoru Mixail Saakaşvili arasında baş verən sərt qarşıdurmanın videosu yayılıb.

Azinforum.az xatırladır ki, hadisə 3 gün əvvəl İslahatlar üzrə Milli Şuranın iclasında baş verib. İclasdan sonra erməni əsilli Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə “cəzalandırdığını” açıqlamışdı.

A.Avakov M.Saakaşvilinin ittihamlarına cavab olaraq stəkan dolu suyu onun üzünə çırpdığını da bildirmiş, əlavə etmişdi ki, Saakaşvili suala cavab vermək əvəzinə “isterik vəziyyətdə bağırmağa başlayıb”.

Prezidentin iştirakı ilə keçirilən iclasda yaşanan biabırçılığın videosunu təqdim edirik:

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …

Bir cavab yazın