Ana səhifə / Sosial (səhifə 702)

Sosial

Temperatur 10 dərəcə aşağı düşəcək – Leysan, qar gözlənilir

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti daha bir məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi …

Ətraflı oxu »

“Bu insanları burada təşkil edən var, aranı qarışdırmaq istəyirlər” — Hadi Rəcəbli şəhid ailələri ilə görüşündən DANIŞDI

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bu gün Milli Məclisin qarşısına toplanan bir qrup şəhid ailələri ilə görüşərək, onların şikayətlərini dinləyib. Komitə sədri H.Rəcəbli “Ölkə.Az”a açıqlamasında bildirib ki, şikayətçilər onlara veriləcək sığorta vəsaitlərinin ödənilməsi prosesi ilə maraqlanıblar. H.Rəcəbli deyib ki, hazırda şəhid ailələrinin müraciətlərinə fərdi qaydada …

Ətraflı oxu »

Yaşayış minimumu, pensiya və müavinətlər qalxacaq – Büdcə açıqlandı

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, …

Ətraflı oxu »

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. “Report” xəbər verir ki, Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a faktı təsdiq edib: “Neftçilər” stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 …

Ətraflı oxu »

«Cənnət Park» MTK necə narazılıq yaradır? – Müraciət

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivinin Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin heç bir ölçüyə sığmayan qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı şikayəti «Təzadlar» qəzetinin ötən sayında dərc edilmişdir. Kollektivin adından bu dəfə Azərbaycan Respublikası daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət məktubu və ona …

Ətraflı oxu »

Bakıda eşşək ferması yaradılıb, südü satılır

Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.  “ Azinforum.az ” xəbər verir ki, bu haqda “Yeni Müsavat” məlumat yayıb. Artıq  sosial şəbəkələrdə “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir. Qəzetin əməkdaşı elanla bağlı adıçəkilən qurumla əlaqə …

Ətraflı oxu »

“Təmiz Şəhər”in yığılmış zərəri 161 mln. manatı keçib

“Təmiz Şəhər” ASC-nin aktivləri bu il yanvarın 1-nə 88,779 mln. manat təşkil edib. “Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,1% azdır. O cümlədən 2017-ci ildə dövlət şirkətinin uzunmüddətli aktivlərinin dəyəri 28,1% azalaraq 62,202 mln. manata düşüb, cari aktivlərinin dəyəri isə 61,3% …

Ətraflı oxu »

Şabranda polis faciəli şəkildə öldü – VİDEO

Şabranda avtomobil dirəyə çırpılıb. Maşının sürücüsü olan polis serjantı hadisə yerində ölüb. Hadisə Şabran rayonunda qeydə alınıb. Rayonun Sincanboyad kənd sakini Pərvin Meylaverdiyev həmkəndlisi Samir Əliyevə məxsus avtomobili işıq dirəyinə çırpıb. Nəticədə sürücü Pərvin Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb. O, Şabran Rayon Polis Şöbəsinin serjantı olub. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Ətraflı oxu »

Bu şəxslərə 7 il müddətinə güzəşt ediləcək

2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. “Qafqazinfo”nun məlumatına görə, bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və …

Ətraflı oxu »

Cavid Qurbanov Bakı-Naxçıvan dəmir yolunun tikintisi haqda

Bakı-Naxçıvan dəmir yolunun tikintisi məsələsinə baxılır. Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan bu məsələ üzərində işləyir: “Bakıdan Naxçıvana birbaşa qatar reysinin olması üçün Azərbaycan dövləti çox çalışır. Amma bu, daha çox siyasi məsələlərdən asılıdır. Onlar həll edilsə, ADY …

Ətraflı oxu »