Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial (səhifə 730)

Sosial

ETSN-nin nəzərinə: Nərimanovda 100 ağac bir gecəyə qırıldı -VİDEO

Bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsi 27 ünvanında kütləvi ağac kəsilməsilə bağlı mətbuatda yazılar gedəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirmək zorunda qalmışdı. Çünki məsələ onlarla saytda işıqlandırıldı. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova belə hallara qarşı sərt mövqe …

Ətraflı oxu »

Azərbaycanda daha bir ana ölümü

Ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, bu, xəstənin ikinci hamiləliyi olub: “2017-ci ildə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Bir il keçməmiş yenidən hamilə qalıb. Hamiləliyin 37-38 həftəsində …

Ətraflı oxu »

Mirdamət Sadıqov İsmayıllını necə idarə edir? – rayonda nə baş verir?

 İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaxın günlərdə vəzifədən uzaqlaşdırılacaq. Bu barədə mötəbər mənbə məlumat verib. Məlumata görə son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin sürətlə pisləşməyə doğru getməsi artıq hakimiyyətin yuxarı instansiyalarını hərəkətə keçirib. Mirdaməd Sadıqovdan əvvəl İsmayıllıya rəhbərlik edən Nizami Ələkbərovun vaxtında rayon …

Ətraflı oxu »

Eldar Əzizovun “təmizləmə əməliyyatı” Suraxanıya da çatacaqmı? + FOTOLAR

Bir neçə gündür ki, Bakı Şəhər İcra Hakimiyəti tərəfindən paytaxtın bir sıra ərazilərində qanunsuz hasarlamalarla bağlı tədbirlər görülür. Artıq Həzi Aslanov metrosunun ətrafı başda olmaqla, Xətai və digər rayonlarda bir çox hasarlanmış ərazilərdə söküntü işləri aparılıb, torpaq sahələri hasarlardan təmizlənib. Mətbuatın yazdığına görə, bu işin əsas təşəbbüskarı paytaxtın icra hakimiyyəti …

Ətraflı oxu »

Bakı və Abşeronda tozun miqdarı yenə artdı – Normadan 3.6 dəfə

Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur. Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Havanın keyfiyyətini ölçən avtomatik və …

Ətraflı oxu »

“Azərişıq” rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

Bərdədən olan şəhid Mürvət Nəsirovun anası və qardaşı çıxılmaz vəziyyətdə qalıb. AFN xəbər verir ki, bu barədə şəhid ailəsinin üzvləri özləri məlumat veriblər. Şəhidin qardaşı Səfər Nəsirovun sözlərinə görə, M.Nəsirovun adını daşıyan “Mürvət oil” yanacaqdoldurma məntəqəsinin rəsmi sənədlərdə sahibi olan qəhrəman anası yerli məmurların ağılasığmaz, absurd tələbləri ilə qarşılaşıb. O …

Ətraflı oxu »

Azərbaycanda “sosial ev”lərin satışı növbəti dəfə baş tutmayıb

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb. “Report”un məlumatına görə, satışın həyata keçirilməsi üçün “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb. Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. …

Ətraflı oxu »

Sosial evlərin satışına başlanıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır. MİDA-dan verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı saat 11:00-da başlayıbvə bu il dekabrın 5-i saat 11:00-a …

Ətraflı oxu »

Hövsanın bahalı, ancaq çirkli avtobusları: – Sərnişinlər narazı, qurumlar biganədir

Bakının ictimai nəqliyyat sektorunda problemlər bitib-tükənmək bilmir. Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarla bağlı isə ümumiyyətlə, şikayətlərin ardı-arası kəsilmir. Hələ də xəttlərdə çirkli, yararsız avtobuslar var. Ən çox şikayət olunan məqamlar isə xəttə buraxılan avtobusların azlığı, interval çoxluğu və gecikmələrdir. Hər gün ictimai nəqliyyatdakı sıxlıq, sürücülərin yol hərəkət qaydalarına əməl etməməsi, …

Ətraflı oxu »

Azərbaycanda “sosial ev”lərin təkrar satışına başlanılır – SABAHDAN

Sabahdan Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılır. Mia.az quruma istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı saat 11:00-da başlayacaq və bu il …

Ətraflı oxu »