Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial (səhifə 631)

Sosial

Prezident yenidən zəlzələ bölgəsində – İşin gedişatını izlədi

Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib. “Qafqazinfo” xəbər verir ki, dövlət …

Ətraflı oxu »

Azərbaycanda 20 401 nəfərin alkoqol asılılığı var – RƏSMİ

Azərbaycanda qeydiyyatda olan alkoqoliklərin (alkoqol asılılığı olan şəxslər) sayı açıqlanıb. Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, 2011-ci ildə 19 765 nəfər, 2012-ci ildə 21 103 nəfər, 2013-cü ildə 21 584 nəfər, 2014-cü ildə 22 278 nəfər, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı …

Ətraflı oxu »

“May-iyun aylarında xeyli sayda yaşayış binası istismara qəbul ediləcək” – ŞƏRH

Dövlət başçısı fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib. …

Ətraflı oxu »

Azərbaycanda kolbasa sexindən dəhşətli görüntülər – FOTOLAR

Binəqədi rayonunun Biləcəri qəsəbəsində anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə aşkarlanıb. Murad Muradova məxsus olan müəssisədə AQTA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, bura sanitariya qaydalarına riayət edilmədən fəaliyyət göstərir. İstehsal edilən məhsullar yararlılıq müddəti bitmiş məhsullarla birlikdə saxlanılır. Yararlılıq müddəti bitmiş məhsullar təkrar emal üçün istifadə …

Ətraflı oxu »

Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşacaq?- Açıqlama

Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ONA-ya açıqlamasında deyib ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyalar yaranmışdı, kiçik həcmli çatlar vardı. A. Nəcəfli deyib ki, əslində keçən həftədən yolun həmin hissəsində …

Ətraflı oxu »

Bu ay əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq – Nazirlikdən açıqlama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır.Nazirlikdən verilən məlumata görə, bunun üçün müvafiq …

Ətraflı oxu »

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. …

Ətraflı oxu »

Səhiyyə müəssisələrində çalışanların əməkhaqları artırılacaq

Növbəti ildən etibarən ölkədə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması, onların göstərdikləri səhiyyə xidmətlərinə görə əlavələrin verilməsi nəzərdə tutulur. ONA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqda hesabatında öz əksini tapıb. Hesabatda qeyd olunub ki, Nazirlər Kabinetinin 2018-ci il 4 …

Ətraflı oxu »

Sabah Bakıda 13 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz …

Ətraflı oxu »

Tağıyevin heykəli bu ünvanlardan birində qoyulacaq

İncəsənət xadimlərinin prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə səsləndirilən təkliflər üzrə müvafiq tapşırıqlar verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bəhram Bağırzadənin təklifi üzrə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırılması üçün nəzərdə tutulan yerlərin bəziləri məlum olub. Belə ki, aktyorun səsləndirdiyi Kukla teatrının qarşısındakı bağ da variantların …

Ətraflı oxu »