Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşacaq?- Açıqlama

Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşacaq?- Açıqlama

Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ONA-ya açıqlamasında deyib ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyalar yaranmışdı, kiçik həcmli çatlar vardı.

A. Nəcəfli deyib ki, əslində keçən həftədən yolun həmin hissəsində hazırlıq işləri aparılıb: “İki gün əvvəl isə yolda hərəkət tam məhdudlaşdırılıb. Hazırda yolun əsasında bərkitmə işləri görülür, yarasız qrunt qazılaraq çıxarılır, yeni yararlı qrunt tökülür, kipləşdirmə işləri aparılır: “Daha sonra isə asfaltlanma işləri aparılacaq. Təqribən 10 gün ərzində bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Ümumilikdə, yolun 300 metrdən artıq hissəsində bu işlər görülür. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton küveyt inşa olunacaq”.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …