Ana səhifə / Sosial (səhifə 618)

Sosial

Banklar şəhid ailələrinin kreditini sildi – Yeni qərar

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. …

Ətraflı oxu »

Azərbaycanda bugünədək 35 mindən çox sahibkara 2 milyard manatdan artıq guzəştli kredit verilib

Bugünədək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən artıq sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manat məbləğində dövlətin guzəştli krediti verilib. Moderator.az xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin …

Ətraflı oxu »

Təhsil Nazirliyi:”Daha çox Bakı müəllimlərinin müraciətini gözləyirik”

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işləməsi ilə bağlı müsahibələrin aprel ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, vakant yerlərin və işə qəbul olunan müəllimlərin sayı Bakıda çox olduğu üçün müsabiqədə iştirak …

Ətraflı oxu »

Azərbaycanda “quş qripi” aşkarlandı

İranın Şərqi Azərbaycan vilayətindəki quşçuluq müəssisəsində “quş qripi” xəstəliyi aşkarlanıb. Vilayətin Kənd Təsərrüfatı İdarəsinin direktor müavini Həbib Şərifian əhaliyə müraciət edərək quşçuluq müəssisələri və ya kəndlərdə şübhəli tələfat müşahidə edilərsə, aidiyyatı qurumlara məlumat verməyə çağırıb. H.Şərifian əlavə edib ki, quşçuluq müəssisələrində bütün giriş-çıxışlara güclü şəkildə nəzarət olunmalıdır ki, xəstəliyin yayılmasının …

Ətraflı oxu »

Aprelin 1-dən doğulan körpələrə 200 manat veriləcək

Bu gündən Azərbaycanda doğulan körpələrə 200 manat sosial müavinət veriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında fevralın 25-də imzaladığı sərəncamda qeyd olunub. Sərəncam bu gündən qüvvəyə minir. Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün …

Ətraflı oxu »

İcra başçısı qırmızı işıqda belə keçdi – VİDEO

Tovuz rayonu sakinlərindən biri saytımıza öz avtomobilinə quraşdırılmış videoregistrator vasitəsi ilə çəkilmiş videogörüntü göndərib.  Martın 30-da rayonun ərazisində yol ayrıcında işıqforun qırmızı işığının yanmasına baxmayaraq, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun 60 AA 001 dövlət qeydiyyat nişanlı xidməti avtomobilinin sürücüsü hərəkəti davam etdirir.  Görünür ki, bu sürücü hələ də …

Ətraflı oxu »

Bakıda su kəmərində qəza: İki rayon susuz qaldı

Bakıda Əhməd Rəcəbli küçəsində magistral su kəmərində qəza baş verib. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, qəza ilə əlaqədar Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

Ətraflı oxu »

Bakıda sahibsiz itlər vətəndaşa 10 000 manat ziyan vurdu (VİDEO)

Bakıda 20-ə yaxın keçi balasını sahibsiz itlər boğaraq təsərrüfat sahibinə ziyan vurub. Hadisə dünən səhər saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.Təsərrüfat sahibi Əfqan Albalıyevin sözlərinə görə, 20-ə yaxın keçi balasını fermadan çıxardaraq hasarla əhatələnmiş torpaq sahəsinə buraxıb. Bir müddət keçdikdən sonra keçi balalarına baxmağa gedən Əfqan Albalıyevin həyat yoldaşı gördüyü mənzərədən …

Ətraflı oxu »

Həftənin ilk iş günü hava necə olacaq? – PROQNOZ

Aprel ayının 1-nə gözlənilən hava proqnozu açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° …

Ətraflı oxu »

İşçi Qrupu “Diqlas”da mağazası yanan 410 sahibkarla görüşüb

Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamın icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir. Martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında …

Ətraflı oxu »