Ana səhifə / Sosial (səhifə 541)

Sosial

İcra Baş İdarəsinin rəisi: “Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır”

Azərbaycanda məhkəmələr tərəfindən çıxarılan aliment qərarlarının 10 faizinin icrasında problemlər yaranır. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib. Onun sözlərinə görə, son vaxtlar alimentlə bağlı məhkəmə qərarlarının icrasına nəzarət daha da gücləndirilib: “Hazırda alimentlə bağlı qərarların demək olar ki, 90 faizi icra olunur. Haradasa, 10 …

Ətraflı oxu »

Əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb edilir

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, cari ilin ötən dövründə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2150 nəfər əlilliyi olan …

Ətraflı oxu »

Bakıda məşhur market ifşa olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparıb.  AQTA-dan verilən məlumata görə, araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib.  Marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. …

Ətraflı oxu »

Səhiyyə Nazirliyi 7 bioloji qida əlavəsinə mənfi rəy verib – SİYAHI

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.APA-nın AEM-ə istinadən verdiyi xəbərinə görə, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi …

Ətraflı oxu »

Sürücülərə bəd xəbər: Bu halda 150 manat cərimələnəcəksiniz

Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlanılacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq. Avtosfer.az xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq. Alın və qabaq yan şüşələrə plyonkanın vurulması …

Ətraflı oxu »

Azərbaycanda evdar qadınlara pul verilə bilər

“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”. “Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu …

Ətraflı oxu »

Xəstəlik yayan şprisləri satanların arxasında kim dayanır? (EKSPERT)

“Standartlara uyğun olmayan, aptekləri zəbt etmiş,vətəndaşların sağlamlığı üçün təhlükə törədən Saxta və keyfiyyətsiz şprislərlə bağlı dövlət orqanlarına və mətbuata verdiyim məlumatlara görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə çağrıldım”.Bu barədə Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.Birlik sədri qeyd edib ki, Azərbaycan Standartlaşdırma İnstitutu insanların həyat və sağlamlığının qorunmasının …

Ətraflı oxu »

Bu il Azərbaycanda nə qədər körpə doğulub? – RƏSMİ

2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min 702 nəfər doğulan körpə qeydiyyta alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalır. Doğulan körpələrin 53,2 %-i oğlan, 46,8 %-i isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, …

Ətraflı oxu »

“Dəfələrlə Ağstafanın icra başçısının qəbulunda olmuşuq, ancaq…” – Donan uşağın anası

Xəbər verdiyimiz kimi noyabrın 16-da Ağstafa rayon Vurğun qəsəbəsində altı aylıq körpə, Qasımov Turan Tural oğlu yaşadığı evdə soyuqdan donaraq ölüb.Moderator.az-a danışan körpənin anası Kəmalə Məmmədova çox imkansız və şəraitsiz evdə yaşadıqları üçün körpəsinin gecə saatlarında donaraq öldüyünü bildirib. K.Məmmədova deyib ki, hadisədən yalnız səhər açılanda xəbər tutublar:“Uşaq noyabrın 16-da …

Ətraflı oxu »

Simsiz qulaqlıq istifadə edənlərə xəbərdarlıq

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi “Android” smartfonlarına müdaxilə etməyə müvəffəq olublar. “Yeni Sabah” “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, “Bluetooth” standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir. Hakerlər cihazlara …

Ətraflı oxu »