Ana səhifə / Sosial (səhifə 431)

Sosial

Nazirlik Aprel Şəhidinin iki övladını himayəyə götürdü

Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun övladları- 2007-ci il təvəllüdlü Həmidli Vüsal və 2009-cu il təvəllüdlü Həmidli Fərid Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb. Nazirlikdən verilən məlumata görə, sentyabr ayının 1-dən etibarən şəhidin ailəsinə hər övlada 18 yaşı tamam olana kimi hər ay 150 …

Ətraflı oxu »

Rəşid Mahmudov: “Koronavirusdan qorunmanın üç yolu var”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı koronavirusla mübarizə çərçivəsində karantin rejiminin bir müddət də uzadılmalı olduğunu vurğulayıb. O, fikrini yoluxma sayının artma ehtimalı ilə əsaslandırıb. Məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, əgər yoluxma çoxdursa, deputat düz deyir, yox, əgər sayı …

Ətraflı oxu »

“12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil” – RƏSMİ

Uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır”. Bunu nazirin müşaviri Rüstəm Ağayev deyib. O uşaqların koronavirusa yoluxma faizinin çox aşağı olduğunu bildirib: “Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə …

Ətraflı oxu »

Telefonunuza gələn bu mesajları dərhal silin — XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. “Praym”ın yazdığına görə, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir. Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar. “Onlar birdəfəlik …

Ətraflı oxu »

Hamı “toylar bərpa olunsun” deyir, amma ailələr sürətlə dağılır…

Bu günlərdə Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri də toy mərasimlərinin nə zaman bərpa olunacağı ilə bağlıdır. Toy etmək istəyən cütlüklər Operativ Qərargahdan yeni toy qərarı gözləsələr də, ölkədə ailə institutu ilə bağlı ciddi problemlər var. Xüsusən də boşanmalarla bağlı. Statistika üz güldürmür və ailə institutuna ciddi təhlükələr …

Ətraflı oxu »

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma …

Ətraflı oxu »

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – TƏKLİF

Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə dərslər həftədə bir neçə gün keçirilə bilər. Qalan günlərdə isə tədris onlayn rejimdə həyata keçirilməlidir. Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib. Onun sözlərinə görə, ibtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğundan tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür. E.Süleymanov əlavə …

Ətraflı oxu »

BNA və DYP eyni xətaya görə yeddi saniyə fərqlə cərimə yazdı — FOTO

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib. Report xəbər verir ki, metronun “28 may” stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum – Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb. Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi yeddi saniyə fərq var. BNA …

Ətraflı oxu »

3 yaşlı Nəsrini xilas edək! – FOTOLAR

3 yaşlı Nəsrin Qurbanova xroniki qranulomatoz xəstəliyindən əziyyət çəkir. Ona təcili ilik köçürülməlidir. Həyatı üçün ciddi təhlükə yaranan Nəsrin hazırda xəstəxanadadır. Həkimlər yaşaması üçün ona mütləq ilik köçürülməsini bildiriblər. Nəsrinin atası Cəsarət Qurbanov artıq Türkiyədə ilik donoru tapıldığını da bildirib. Lakin Türkiyədə əməliyyat üçün ailənin 100 min dollara ehtiyacı var. …

Ətraflı oxu »