Ana səhifə / Sosial (səhifə 410)

Sosial

Paytaxtda koronavirusa ən az yoluxma bu rayonda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytı xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,7 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi …

Ətraflı oxu »

Suraxanının icra başçısına ittiham – Mehriban Əliyevanın göstərişinə necə əməl olundu…

“Mərhum xalq artisti Eldəniz Zeynalovdan yadigar qalan ev bir müddət əvvəl məcburiyyət qarşısında satıldı və 3 övladı arasında bölündü. Ev şəhərin mərkəzində, Heydər Əliyev adına sarayın arxasında, Dilarə Əliyeva küçəsində yerləşirdi. Borc-xərc içində olduğumuz üçün bizə yəni kiçik oğlu Məmmədə düşən pulun yarısı ilə onları ödədik, əlimizdə qalan pula isə …

Ətraflı oxu »

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı uşağa yardım ayırdı – FOTO

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb. Bu barədə “Report”a Azərbaycan …

Ətraflı oxu »

ÜST COVID-19-un üçüncü dalğası barədə xəbərdarlıq etdi

Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, onda 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir. Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarronun xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında …

Ətraflı oxu »

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir  yağış yağacağı  gözlənilir. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 767 mm civə  sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.   Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq …

Ətraflı oxu »

“Ən böhranlı ay dekabr və yanvar ayı olacaq”

“Koronavirus artıq hər kəsin qapısını döyür, bu sürətlə yayılma davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər. Odur ki, hakimiyyətin post müharibə dövründə əsas diqqət göstərdiyi sahələrdən biri də COVİD-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır”.  Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, bildirib …

Ətraflı oxu »

15 il istintaqdan yayınan cinayətkar indi də saxta “Milli Qəhrəman” adından istifadə edir – FOTOLAR

Torpaqlarımızın işğaldan azad olunduğu son iki ay ərzində Azərbaycan xalqı tarixi günlər yaşayır. Ermənistan rəşadətli Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi və təslim oldu. İndi hansı bölgədən olmasına baxmayaraq hamı işğaldan azad olunan kəndlərə, şəhərələrə getmək, 30 ildir həsrətində olduğumuz Qarabağı ziyarət etmə istəyir. Bu günlər həm də Azərbaycan xalqının …

Ətraflı oxu »

Karantin rejiminə nəzarət gücləndiriləcək

Koronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə, bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndiriləcək. Bu barədə Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində qərar qəbul edilib. Qərara …

Ətraflı oxu »

Heybət İmanov pensiyaçılardan tutdurduğu şəxsə qarşı ifadə vermələrinə çalışır – İTTİHAM

ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 5-ci ildir məhkəmə qərarı ilə təsbit edilən pensiyalarının güzəştli şərtlərlə pensiyaçılara 3 aydır köçürməməsindən , nazirliyin audit şöbəsinin müdiri Heybət İmanovun özünü Konstitusiyadan üstün tutmasının şok səbəbindən yazmışıq . Belə ki, şöbə müdiri Heybət İmanov bir müddət qabaq test vasitəsilə şöbəsinə qəbul olunan …

Ətraflı oxu »

Bu gündən həftəsonu yalnız bu sahələr işləyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərarla noyabrın 21-dən ölkə üzrə məhdudiyyətlərin tətbiq olunduğu həftəsonlarında fəaliyyətinə icazə verilən sahələr müəyyənləşib. “Report” xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır: 1. hüquq-mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş …

Ətraflı oxu »