Ana səhifə / Sosial (səhifə 341)

Sosial

Sabah 38 dərəcə isti olacaq

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti, Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 …

Ətraflı oxu »

Elməddin Məmmədov taxta qayıqdan su anbarına tullandı, bir az üzdü və batdı…

İstanbul yaxınlığındakı Sazlıdərə su anbarında Azərbaycan vətəndaşı boğulub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün iyulun 3-də baş verib. Tətil üçün İstanbula gedən , dostları ilə birlikdə su anbarında qayıqla gəzintiyə çıxan Elməddin Məmmədov üzmək istəyib və su anbarına tullanıb. Məmmədov bir neçə dəqiqə üzdükdən sonra tarazlığını …

Ətraflı oxu »

Qaz limiti necə hesablanacaq? – VİDEO

Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Bəs smart karta qərarın qüvvəyə mindiyi gündən əvvəl yüklənən vəsaitlərin aqibəti necə olacaq? Qaz limiti ilə bağlı edilən dəyişiklik bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb. “Azəriqaz” İstehsalat Birliyinin şöbə müdiri Ceyhun Səfərov “Xəzər Xəbər”ə bildirdi ki, …

Ətraflı oxu »

“Fərqli vaksinlə təkrar peyvənd olunmalıyıq” – Ekspert

Təsirin effektivliyini artırmaq üçün təkrar peyvənd birinci vaksindən fərqli preparatla olunmalıdır. Manset.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Səhiyyə iqtisadiyyatı institutunun direktoru Larisa Popoviç bildirib. Ekspertin fikrincə, daha yaxşı immunitet yaratmaq üçün profilaktik vasitənin antigen tərkibi dəyişməlidir, fərqli vaksinlər isə buna imkan yaradır. “Vaksinin …

Ətraflı oxu »

Bakıda “BMW” “Range Rover”ə çırpıldı – FOTO

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət etdiyi deyilən “BMW” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Range Rover” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal …

Ətraflı oxu »

Dördüncü dalğa qapıda: Bizi nə gözləyir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, xüsusilə təhlükəli koronavirus növlərinin dünya üzrə yayılması davam edir. Daha çox narahatlıq doğuran isə COVID-19-un Hindistan ştammı kimi tanınan “Delta” və “Delta-plyus” növləridir. Artıq 96 ölkədə yayılmış ştammın coğrafiyası getdikcə genişlənir. Azərbaycanlı həkimlər də, zahirən sabit görünən epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizə yeni koronavirus …

Ətraflı oxu »

Deputatdan anons: “Qiymətlər artmaqda davam edəcək”

“Qiymətlər qalxanda bunun real səbəbi deyilməlidir, deyilmir. Biz bu qiymət artımının camaatın xeyrinə olduğunu əsaslandırmağa  çalışırıq. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir, islahatdır, itkilərin qabağını almaqdır və s. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir”. Bu fikirləri Milli Məclisin bu gün keçirilən …

Ətraflı oxu »

Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir – VİDEO

Bakıda piyada səkisinin üstündə pilləkən tikilib. Bu səbəbdən vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalırlar. Nizami rayonu, Bəhruz Nuriyev küçəsində obyekt sahibinin tikdiyi pilləkən piyada səkisinin üzərində yerləşir. Bu isə piyadaların təhlükəsiz hərəkətinə mane olur. Kafe sahibi isə çəkiliş aparıldığını bildiyi halda əraziyə gəlmədi. Ətrafdakı obyekt sahibləri zəng edib kafe sahibinə …

Ətraflı oxu »

Qazın güzəşt limiti azaldıldı – “Sosial ödənişlər artmalıdır”

Tarif (qiymət) Şurasının iclasında təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edilib və iyulun 1-dən qüvvəyə minib. Tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və …

Ətraflı oxu »

Bakıda “Land Cruiser”in sürücüsü beş maşını vuraraq hadisə yerindən qaçdı – FOTO

Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində baş verən hadisədə “Toyota Land Cruiser”, KİA və “Chevrolet” markalı maşınlar toqquşub. “Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Oxu.Az

Ətraflı oxu »