Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bakıda “BMW” “Range Rover”ə çırpıldı – FOTO

Bakıda “BMW” “Range Rover”ə çırpıldı – FOTO

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən “BMW” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Range Rover” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn yol polisi əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Hadisənin səbəbləri öyrənilir.

APA

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …