Şənbə , May 18 2024
Ana səhifə / Siyasət (səhifə 812)

Siyasət

Sabah prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində respublikanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır. Trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, …

Ətraflı oxu »

Hindistanın xarici işlər naziri Bakıya gəlir

Hindistanın xarici işlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək. APA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq. Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq …

Ətraflı oxu »

“Səsvermə günü qanundankənar hal baş versə…”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra tapşırıqlar verib.  “Qafqazinfo” xəbər verir ki, M.Pənahov bildirib ki, artıq seçki bülletenlərinin çapı başa çatıb, aprel ayın 1-dən etibarən seçki dairələrinə paylanılmasına başlanılacaq. MSK sədri bütün proseslərin vaxtlı-vaxtında başa çatdırılmasının vacbliyini qeyd edib. O …

Ətraflı oxu »

“Evdə qalmış xanımların ərə getməsi üçün dövlət fond yaratmalıdır” – ŞOK AÇIQLAMA

“İslam əxlaqına uyğun addımlar atmalıyıq ki, Azərbaycanın qadınlarının hüquqları pozulmasın və qadınlarımız xoşbəxt olsunlar. Kimsə, bunu səhv başa düşürsə, bu, onun öz işidir. Misal üçün, deyək ki, bir qadın əlildir və Azərbaycanda o qədər ərə getmək istəyən qadın var. Məgər, xoşbəxt olmaq onların haqqı deyil? Buna görə də, biz deyirik …

Ətraflı oxu »

Qoşulmama Hərəkatının Bakı konfransına 800 iştirakçı qatılacaq – XİN

“Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir”. Bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O xatırladıb ki, “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı aprelin 5-6-da Bakıda keçiriləcək: “Nazirlər konfransına hazırlıq məqsədilə aprelin …

Ətraflı oxu »

“Qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar” – Əli Həsənov

“2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsini Tvitter inqilabı kimi səciyyələndirmişdilər. Təxminən o dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb. Təsadüfi deyil ki, 2017-ci ildə ABŞ-da prezident …

Ətraflı oxu »

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq

Sabah-martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq. “Report” xəbər verir ki, görüş Türkiyənin Giresun şəhərində keçiriləcək. Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirakı planlaşdırılır. Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, …

Ətraflı oxu »

Bakı-Tehran münasibətləri yeni mərhələdə – Ruhaninin Azərbaycan səfərində tarixi nəticələr

İran liderinin ölkəmizə ziyarəti bəzi “i”lərin üzərinə nöqtə qoydu; Tehran ərazi bütövlüyümüzə sadiq olduğunu bəyanladı; işğalçı ölkə üçün başqa bir bəd müjdə: Ermənistan ətrafında iqtisadi-nəqliyyat blokadası güclənir İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana iki günlük səfəri başa çatdı. İran liderinin budəfəki ziyarəti əvvəlkilərdən yaxşı mənada yetərincə fərqləndi. Bakıda imzalanan …

Ətraflı oxu »

Səfər Əbiyevin və Eldar Mahmudovun susmalarının səbəbi üzə çıxır – ŞƏRH

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun son günlərdə Azərbaycan əleyhinə yenidən açıq fəaliyyətə başlaması və Avropadakı “söyüş müxalifəti” ilə əlaqələrin olması barədə iddialar bir çox məsələləri gündəmə gətirib. Onun fonunda vəzifəsini itirən yüksək ranqlı məmurların uzun müddət ölkədən kənara buraxılmamalarının vacibliyi barədə fikirlər var. “Yeni Müsavat”ın ötən sayına müsahibəsində …

Ətraflı oxu »

Deputat onu təhqir edənlərə əsəbiləşdi: “Sənin savadına xoruz kəsim”

Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev sözügedən hadisəylə bağlı yerli saytlardan birinə açıqlamasında “Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən …

Ətraflı oxu »