Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Səsvermə günü qanundankənar hal baş versə…”

“Səsvermə günü qanundankənar hal baş versə…”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra tapşırıqlar verib. 

“Qafqazinfo” xəbər verir ki, M.Pənahov bildirib ki, artıq seçki bülletenlərinin çapı başa çatıb, aprel ayın 1-dən etibarən seçki dairələrinə paylanılmasına başlanılacaq. MSK sədri bütün proseslərin vaxtlı-vaxtında başa çatdırılmasının vacbliyini qeyd edib. O bildirib ki, bütün prosedurlar Seçki Məcəlləsinin tələbinə uyğun həyata keçirilməlidir.

M.Pəhanov qeyd edib ki, səsvermə günü hansısa qanundankənar hal baş versə, dərhal qanun çərçivısində tədbirlər görüləcək: “İnanıram ki, heç bir xoşagəlməz hal baş verməyəcək”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …