Ana səhifə / Siyasət (səhifə 771)

Siyasət

Ört-basdır edilən siyasi qətl… – Rasim Ağayev təfsilatı açıqladı

1980-ci illərdə SSRİ-nin Liviyadakı səfirliyinin hərbi attaşesi paytaxt Tripolidən 5 kilometr aralıda yerləşən ABŞ hərbi bazası yaxınlığında ölü tapılır. Diplomatın odlu silahdan açılan atəş nəticəsində həyatını itirdiyi məlum olur. Həmin hadisə bu günədək müəmmalı olaraq qalmaqdadır. Olayın canlı şahidlərindən biri 1983-89-cu illərdə SSRİ-nin Liviyadakı səfirliyində ikinci katib və “Aqentstvo peçatı …

Ətraflı oxu »

Sabir Rüstəmxanlıdan Arif Rəhimzadəyə cavab: “Bu milli dövlətçiliyimizə xəyanətdir”

“Millətimizin qanını içmiş kommunistlərin adının qorunub saxlanılması istiqamətində aparılan təbliğat çox yersizdir”. Bu fikirləri Yenicag.az-a açıqlamasında xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. O, kommunistlərin adlarının qorunub saxlanmasına dair səslənən fikirlərin gülünc olduğunu bildirib: “Azərbaycan milli hökumətini, Azərbaycan Cümhuriyyətini kommunistlər qurmayıblar, əksinə, işğal ediblər. Düzdür, kommunistlər gələndən sonra …

Ətraflı oxu »

Şoyqunun çağırışına reaksiya: – Bakının buna ehtiyacı yoxdur!

Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil. Bu sözləri Axar.az-a Rusiya Müdafiə naziri Sergey Şoyqunun çıxışını şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, ümumiyyətlə Azərbaycanın bu məsələyə marağı yoxdur: “Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil. Şoqyu sadəcə çağırış …

Ətraflı oxu »

Yeni icra başçısı bank sədrinin qardaşıdır

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə  Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.  “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir. O, həmçinin Kapital Bankın İdarə Heyətinin  sədri Rövşən Allahverdiyevin qardaşıdır.   (Fotoda Rövşən Allahverdiyevdir)

Ətraflı oxu »

Qarabağ separatçılarının rəhbərliyində parçalanma

Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Araik Arutyunyan bununla bağlı ərizəsini separatçı rejimin başçısı Bako Saakyana təqdim edib. A.Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra …

Ətraflı oxu »

Nəzakət Məmmədova: “Rusiya Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb”

Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsindən doğan narazılıq Azərbaycanda davam edir. Əslində, bu məsələdə Rusiya tərəfi öz neytrallıq reputasiyasına ciddi zərbə vurmuş olub. Gərginliyə səbəb olan qısa xronologiyaya nəzər salaq. Mətbuat konfransı …

Ətraflı oxu »

Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci “Paşinyan inqilabi?” – ŞƏRH

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma “rejim” arasında gərginlik yaşanır. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə qondarma “rejim”in “Milli Təhlükəsizlik Xidməti”nin (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndidə məişət zəminində baş verdiyi …

Ətraflı oxu »

Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi  Əjdər Cəfərova yeni vəzifə verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub. Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib. Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı …

Ətraflı oxu »

Həmsədrlər iyunun 13-də Ermənistana səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib. Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun …

Ətraflı oxu »

Etirazlar Saakyanı da haqladımı? – TƏHLİL

İnqilablar “yoluxucu”luğa, ətrafa sirayət etməyə və daha geniş siyasi areala yayılmağa meylli olur. Bu mənada Ermənistandakı “məxməri inqilab” da istisna deyil. Əvvəlcədən düşünülürdü ki, çox qısa müddətdə onun dalğası Dağlıq Qarabağ ermənilərini də əhatə edəcək. Təsadüfi deyil ki, artıq ötən gün bu qəbildən ilk informasiyalar yayıldı. Sözsüz ki, nəticələrlə tələsməzdik. …

Ətraflı oxu »