Bazar ertəsi , May 13 2024
Ana səhifə / Siyasət (səhifə 750)

Siyasət

AMİP niyə özünə sədr seçə bilmir? – Baş katib açıqladı

Bəzi texniki səbəblərdən, xüsusən də yer məsələsinə görə, qurultayın keçirilməsi ləngiyir. Bu sözləri AzNews.az-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə dedi. Məlumdur ki, AMİP-in keçmiş sədri Yusif Bağırzadə 3 il əvvəl partiyanı tərk etdikdən sonra burada qurultay keçirib yeni sədri seçmək müşkülə çevrilib. Qurultayın keçirilməsi hər …

Ətraflı oxu »

Cəmil Quliyevə yeni vəzifə verildi

İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə vəzifə verilib. ” Azinforum.az ” AzNews.az-a istinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri təyin edilib. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.

Ətraflı oxu »

İlqar Məmmədov Bakıdan Şəkiyə aparılıb

“Respublikaçı Alternativ” (REAL) Partiyasının həbsdə olan sədri İlqar Məmmədov avqustun 3-də Bakıdan Şəkiyə aparılıb. Bu barədə REAL Partiyasından bildiriblər. Avqustun 10-da növbəti təkrar məhkəməsi başlamalı olan siyasətçi, həmin vaxt Şəkidəki penitensiar müəssisədə saxlanmalıdır. İlqar Məmmədovun məhkəmə prosesi avqustun 10-da saat 11:00-da başlayacaq. Onun işinə Şəki Apellyasiya Məhkəməsində Gündüz Abbasovun sədrlik …

Ətraflı oxu »

Türkiyədən nə istəyirlər? – TƏHLİL

Bir yəhudi şairinin maraqlı misraları var. Deyir ki, yalnız Yerlə Göy arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin həsrətini çəkməyin nə olduğunu bilərlər. Əksəriyyəti deyə bilmərəm, hər halda, azərbaycanlıların çoxunda da ikili vətən hissi var: biri Azərbaycandırsa, digəri də Türkiyədir… Elə bu səbəbdən də Türkiyə ətrafında baş verən proseslər yalnız …

Ətraflı oxu »

Vasif Talıbov müşavirə keçirdi

Avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan …

Ətraflı oxu »

İtaliyanın baş nazirini kim öldürtmüşdü? – TAM MƏXFİ

Dünyada bir çox dövlət rəsmiləri istər terror təşkilatları, istərsə də xüsusi xidmət orqanları tərəfindən vaxtaşırı sui-qəsdlərə məruz qalıblar. Belə siyasi liderlərdən biri də 80-cı illərdə İtaliyanın baş naziri olmuş Aldo Morodur. Moro 1978-ci ildə Romada sui-qəsd nəticəsində ölüdürülüb və o qətlin əsl səbəbkarı hələ də dəqiq bilinmir. İtaliyanın mərhum baş …

Ətraflı oxu »

“Əhalinin 97 faizi hər hansı güzəştin əleyhinə idi…”- Aqabekyan

Ermənistanda Qarabağ klanının bir sıra odioz nümayəndələrinin, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsi “Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaq” tərəfdarlarını narahat edib.Belələri hesab edir ki, Azərbaycan ərazilərinin işğalına bilavasitə rəhbərlik edənlərin siyasi səhnədən uzaqlaşdırılması, cinayətkar sifətlərinin açılması gələcəkdə torpaqları qaytarmağa zəmin hazırlaya bilər. Bu günlərdə Levon Ter-Petrosyanın başçılıq …

Ətraflı oxu »

Ermənilər Qarabağda yeni “siyasi şou”ya başlayıblar- FOTOLAR

Azərbaycanın işğal altındakı ərazilərində Qarabağ məsələsinin güzəştli həllinə etiraz olaraq mitinqlər başlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, işğalçıların Laçın rayonunda təşkil etdikləri aksiyanı “Azad vətən” adlı partiya təşkil edib. Mitinqdə çıxış edənlər güzəştlərin əleyhinə çıxıblar. Onlar bildiriblər ki, güzəştlərə gedilməsi barədə çağırışlar son dərəcədə təhlükəlidir. Aksiyada Ermənistan parlamentinin …

Ətraflı oxu »

Medvedev Azərbaycanla bağlı layihəni təsdiqlədi

Rusiyanın baş naziri Dmitri Medvedev Xəzər dənizi ölkələri arasında nəqliyyat sahəsi üzrə müqavilə layihəsini təsdiqləyib. Onun imzaladığı və dünən kabinetin saytında yayımlanmış fərmanla danışıqların keçirilməsi və müqavilənin bağlanması işləri ilə bağlı qərar verilib. Aznews.az “TASS” informasiya agentliyinə istinadən bildirir ki, sənəddə Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Rusiya Nəqliyyat Nazirliyinin …

Ətraflı oxu »

Sahil Babayevdən mühüm təyinat – Nazir öz kadrını Aparat rəhbəri vəzifəsinə gətirdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin Əmrinə əsasən, Əliyev Anar Rəhim oğlu nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub. Azinforum.az xəbər verir ki, bu barədə “Report”a nazirlikdən məlumat verilib. Qeyd edək ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə …

Ətraflı oxu »