Ana səhifə / Siyasət / Şoyqunun çağırışına reaksiya: – Bakının buna ehtiyacı yoxdur!

Şoyqunun çağırışına reaksiya: – Bakının buna ehtiyacı yoxdur!

Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil.

Bu sözləri Axar.az-a Rusiya Müdafiə naziri Sergey Şoyqunun çıxışını şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, ümumiyyətlə Azərbaycanın bu məsələyə marağı yoxdur:

“Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil. Şoqyu sadəcə çağırış edib, bundan asan nə var ki?! Rusiya əvvəlcə KTMT-yə daxil olan ölkələri, xüsusilə də Ermənistanı bu prosesə qoşsun, sonrasına baxarıq”.

Millət vəkili Asim Mollazadə də Azərbaycanın Suriyada infrastruktur çalışmalarına qosulmayacağını bildirib:

“Azərbaycanın heç bir halda o prosesə qoşulmasına ehtiyac yoxdur. Bizdən uzaq bölgədir və hesab edirəm ki, ölkəmiz bu prosesdə iştirak etməməlidir. Şoyqu özünü oda salıb, görək bu vəziyyətdən necə çıxacaq”.

Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasında üzv dövlətləri Suriyada sülhün bərpa olunmasında iştirak etməyə çağırıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …