Şənbə , May 18 2024
Ana səhifə / Siyasət (səhifə 1037)

Siyasət

“Uçquna səbəb tikinti normalarının pozulmasıdır” – İcra başçısının müavini

“Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail rayon icra başçısının müavini Abit Əliyev deyib. O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb.

Ətraflı oxu »

“Mirşahin səhv elədi” – Cahangir Məmmədli

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: -Bir az əhvala köklənməklə müsahibəyə başlamaq istəyirəm. İşləriniz necədir? İTV-nin Yayım Şurasına sədrlik səlahiyyətiniz bitir, amma hələ də bu işin başındasınız. Üstəgəl, Jurnalistika fakültəsində dakan əvəzisiniz. Hər halda gərginliyiniz var. -Gərginlik var. …

Ətraflı oxu »

“Rəhbərlik tapşırdı ki, söküntünü dayandıraq” – İcra başçısı

“Sovetski”dəki “Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb”. “ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, bunu Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. İ. Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: “Məscidin …

Ətraflı oxu »

Saxta AXCP sənədi işi böyüdü, iqtidar araşdırmaya başlayıb – Qalmaqal

Azərbaycandan mühacirətə gedənlərə saxta partiya biletləri satılması qalmaqalı böyüyür Azinforum.az-ın  verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən bu işdə adı keçən şəxslər barədə araşdırma başlanması gözlənilir. Sosial şəbəkədə siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılıb. Partiya bileti saxta …

Ətraflı oxu »

“Heydər Əsədov 3 milyonluq taxıl yalanına görə həbs olunmalıdır” – Tələb

Məlum olduğu kimi, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb. Kənd Təsərrüfatı Nazirliyindən ötən ilki məlumatında isə qeyd olunurdu ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Həmin …

Ətraflı oxu »

“Sovetski”də məscid etirazı: icra başçısı dindarların bir neçəsini özüylə zirzəmiyə apardı

Bu dəqiqələrdə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Sovetski”də “Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərləri eşidib etiraza toplaşan dindarlardan beş nəfərini danışıqlar aparmaq üçün özüylə aparıb. Virtualaz.org hadisə yerindən xəbər verir ki, icra başçısı həmin nümayəndələrlə danışıqları yaxınlıqdakı yeni tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmi hissəsində, bağlı qapı arxasında aparır. İbrahim …

Ətraflı oxu »

General “Hacı Cavad” məscidi ətrafındakı durumdan danışdı: “Gərginlik yoxdur”

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin heç bir qeydiyyatı yoxdur. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul …

Ətraflı oxu »

Bakı metrosunda “nəzarətçi əməliyyatı” – Xanımlar ixtisara düşdü

Bakı Metropoliteni QSC daha çox bəylərin üstünlük verildiyi kadr dəyişikliklərinə başlayıb. Qurum metrostansiyalardakı nəzarətçilərin dəyişilməsi prosesinə start verib. Belə ki, yaxın vaxtlara kimi əsasən xanımların işlədiyi nəzarətçi vəzifəsinə bəylər cəlb olunur. Onlar arasında ali təhsilini yeni başa vuran gənclər və tələbələr üstünlük təşkil edir. Daxil olan digər məlumata görə, Bakı …

Ətraflı oxu »

Bakıda məscid etirazı: baş nazirin müavini hadisə yerində

Bakıda “Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərlərə görə məscidin qarşısına toplaşan yüzlərlə dindarın kütləvi namazı başa çatıb. Polis namaza müdaxilə etməyib. Baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hazırda hadisə yerindədir. Lakin onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Məscidin qarşısına toplaşan sakinlər deyirlər ki, …

Ətraflı oxu »

Nemət Pənahlının oğlu Orxan dünya çempionu oldu

Nemət Pənahlının oğlu Orxan Pənahlı Portuqaliyanın Lissabon şəhərində Uşu-Sanda üzrə dünya çempionatının qalibi olub. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı öz facebook statusunda yazıb. “Orxan dünya çempionudur artıq. İşin içində olduğum üçün bilirəm ki, Orxan hələ o qədər çalışmır üstündə. Tam çalışsa olimpiya çempionu olar, bilirəm. Orxanı, …

Ətraflı oxu »