Ana səhifə / Siyasət / Nemət Pənahlının oğlu Orxan dünya çempionu oldu

Nemət Pənahlının oğlu Orxan dünya çempionu oldu

Nemət Pənahlının oğlu Orxan Pənahlı Portuqaliyanın Lissabon şəhərində Uşu-Sanda üzrə dünya çempionatının qalibi olub.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı öz facebook statusunda yazıb.

“Orxan dünya çempionudur artıq. İşin içində olduğum üçün bilirəm ki, Orxan hələ o qədər çalışmır üstündə. Tam çalışsa olimpiya çempionu olar, bilirəm. Orxanı, Oğuzxanı, Ərtoğrulu, Əhədi – Nemət Pənahlının ordusunu, Orxanın illərlə əziyyətini çəkən Hacer Panahlini təbrik edirəm. Qoy Orxan hər zaman çempion olsun!”.

Qeyd edək ki, bir müddət əvvəl O.Pənahlı atasının siyasi mövqeyinə görə ona idman karyerasında əngəllər törədildiyindən şikayətçi idi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın