Ana səhifə / Siyasət (səhifə 1050)

Siyasət

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar…

Artıq iki gündür ki, Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Lakin virtualaz.org xəbər verir ki, bu dəfə onları saxlayanlar gömrük və ya polis əməkdaşları deyil, elə TIR sürücülərinin Dağıstandan olan həmkarlarıdır. BBC rus xidmətinin bildirdiyinə görə Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini “Platon” şirkətinə …

Ətraflı oxu »

Əflatun Amaşov Gürcüstanda səfərdə olub – FOTOLAR

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub. Səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb. Görüşdə soydaşlarımızın kompakt məskunlaşdıqları bölgədə həyata keçirilən islahatlar haqqında, Borçalı türklərinin son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və …

Ətraflı oxu »

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsi – 31 mart soyqırımı (FOTO)

Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist …

Ətraflı oxu »

Azərbaycanda heykəltəraş nazirliyi məhkəməyə verdi – 100 minlik iddia

Tanınmış heykəltəraş Cümşüd İbrahimov Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqına qarşı məhkəmə iddiası qaldırıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edən C.İbrahimov ona verilməli olan qonararın ödənilməsini tələb edib. C.İbrahimov “Qafqazinfo”ya açıqlamasında mübahisə mövzusu olan qonorarın nə ilə bağlı olduğunu açıqlayıb. O bildirib ki, …

Ətraflı oxu »

Ramin Hacılı evinin necə yanmasından danışdı – Fotolar

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Nizami rayonu 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları vaqon-evində yanğın olub.  Yanğın gecə saat 2 radələrində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunsa da, yanğın nəticəsində mənzildə olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb. …

Ətraflı oxu »

Atatürkün Azərbaycanla sərhəd olmaq üçün – Pulla aldığı torpaq

Məlumdur ki, Azərbaycanın quruda ən qısa sərhədi Türkiyə ilə olan hissədir. Sadəcə 15 kilometrdən ibarət, Türkiyə ilə Azərbaycanı bir-birinə qonşu edən həmin sərhədin yaradıcısı isə Mustafa Kamal Atatürkdür. “Qafqazinfo”nun xəbərinə görə, həmin dövrdə Naxçıvanın Türkiyə ilə birbaşa sərhədi olmayıb. Azərbaycanla Türkiyə arasında şimaldan Ermənistan SSR, cənubdan isə İran yerləşirdi. Atatürk …

Ətraflı oxu »

Telefon danışıqları, kompüter məlumatlarını gizli ələ keçirməyə görə yeni cəzalar – Azərbaycanda

Azərbaycanda yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaya görə cərimənin məbləği 4 dəfə artırılır. Cinayət Məcəlləsinin hazırki 155-ci (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) maddəsinə əsasən, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaya görə 100 manatdan 500 manatadək miqdarda cərimə …

Ətraflı oxu »

Bayram Vəliyev əməliyyat olundu – Məhkəmələri uzanaraq izləyirdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevin əməliyyat olunduğu bildirilib. Onun belində 18 mm-lik …

Ətraflı oxu »

Azərbaycanda polis iti döyüb – Töhmət aldı + Video

Zaqatalada Nizami Ramazanova məxsus 3 aylıq küçük polis əməkdaşı tərəfindən döyülüb. “Qafqazinfo”ya müraciət edən heyvansevər Elxan Mirzəyev bildirib ki, hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. E.Mirzəyev deyib ki, it balasını qonşu Tural Hacıömərov döyüb: “Tural Hacıömərov isə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşıdır. Balaca küçük döyüldükdən sonra ağır …

Ətraflı oxu »

İcra başçılarının diplomları nədən araşdırılmır? – Mikayıl Cabbarovun nəzərinə…

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun həyat yolu ilə bağlı saytlarda maraqlı iddialar yayılıb. DİA.AZ bildirir ki, keçmişdə boksla məşğul olan S.Mikayılov icra başçısı olana qədər ancaq biznes fəaliyyəti ilə məşğul olub və birdən-birə icra başçısı təyin edilib. Mənbənin iddiasına görə, maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov …

Ətraflı oxu »