Ana səhifə / Siyasət (səhifə 779)

Siyasət

“Paşinyan buna görə peşman olacaq” – Bayram Səfərov

“Nikol Paşinyan Şuşaya getməklə qanun pozuntusu edib. Qarabağ Azərbaycanın ərazisidir”. APA-nın xəbərinə görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: “Fikrimcə, Paşinyan ilk olaraq Şuşaya getməklə nə vaxtsa peşman olacaq. Günahsız insanların qanına bulaşmış torpağa ayaq basmaq düzgün deyil”.

Ətraflı oxu »

Türkiyədə prezident olmaq üçün 7 nəfər mübarizə aparacaq – Siyahı

Türkiyənin Ali Seçki Komissiyası prezidentliyə namizədlərin siyahısını açıqlayıb. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfər mübarizə aparacaq: Rəcəb Tayyib Ərdoğan (AKP) Maral Akşener (“İyi” Parti) Təməl Qaramollaoğlu (“Səadət”) Məhərrəm İncə (CHP) Doğu Perinçek (“Vətən”) Vejdet Ozi (“Ədalət”) Səlahəddin Dəmirtaş (HDP) Qeyd edək …

Ətraflı oxu »

İcra başçısının birinci müavini işdən çıxarıldı

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Report-un məlumatına görə, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub. Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ətraflı oxu »

“Ölməz Alay” yürüşündə ermənilər təxribata əl atıb

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Ölməz alay” ümumxalq yürüşündə iştirak edən ermənilər təxribata əl atıb. Belə ki, işğalçı Ermənistanı təmsil edən gənc Rusiya Federasiyasının xəbərdarlığına baxmayaraq, təxribat dolu şüarlar səsləndirərərək “Qondarma Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırıb. Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində erməni təxribatçı saxlanılaraq polis bölməsinə aparılıb. …

Ətraflı oxu »

ABŞ Konqresində Azərbaycanda durum müzakirə edilir

ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycan mövzusunu qaldırıb. Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda brifinq keçirir. ABŞ-ın Helsinki Komitəsinın anonsunda deyilir ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib. Bu ilin aprelində keçirilən seçkilərdəki beynəlxalq müşahidəçilər “ölkənin siyasi mühitinin, …

Ətraflı oxu »

“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu…” – Paşinyan

Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmağa hazır olduğunu deyib. AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunula belə o, hətta Serj Sarkisyanı geridə qoyan daha kəskin separatçı mövqe sərgiləyib: “Dağlıq Qarabağ …

Ətraflı oxu »

Qənirə Paşayeva Türk dünyasına çağırış etdi – VİDEO

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışında Türk dünyasına çağırış edib. Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və …

Ətraflı oxu »

DSK-lara oktyabrda seçkiyə hazırlaşmaq tapşırığı

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə söhbətlər bitmək bilmir. “Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib ki, mediada bu barədə tez-tez xəbərlər yayılsa da növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə onda məlumat yoxdur: “Mən belə bir şey bilmirəm. Məlum olduğu …

Ətraflı oxu »

Fuad Muradov 5 vəzifəli şəxsi işdən çıxardı

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub. Azinforum.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib. Digərlərinin isə ərizəsi alınıb.

Ətraflı oxu »

Qızını erməniyə verən azərbaycanlı necə diaspor lideri olub…

Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı …

Ətraflı oxu »