Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu…” – Paşinyan

“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu…” – Paşinyan

Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmağa hazır olduğunu deyib.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunula belə o, hətta Serj Sarkisyanı geridə qoyan daha kəskin separatçı mövqe sərgiləyib:

“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz. Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”.

Bu cür destruktiv və beynəlxalq hüquqa zidd bəyanatına rəğmən, Paşinyan münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını, güc tətbiqinin qəbuledilməzliyini bildirib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …