Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 5)

İqtisadiyyat

Rusiya pomidorun idxal rüsumunu sıfırladı – Azərbaycanda qiymət bahalaşdı

Rusiya hökumətinin qərarı ilə aprelin 1-dən mayın 31-dək müəyyən növ təzə və soyudulmuş pomidorların idxalı gömrük rüsumlarından azad olunub. Rusiya mətbuatının yazdığına görə, ölkənin Nazirlər Kabinetinin qərarı “qabırğalı”, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri meyvəli pomidorların idxalına şamil ediləcək. Daxili bazarda bahalaşmanın qarşısını almağa yönəldiyi bildirilən …

Ətraflı oxu »

“Veysəloğlu” büdcəyə 76 milyon vergi ödəyib

Veysəloğlu Şirkətlər Qrupu 2023-cü ildə dövlət büdcəsinə 76 milyon manat vergi (fiskal) ödəyib. Bu barədə şirkətin illik strategiya və hesabat tədbirində bildirilib.Bundan əlavə, Veysəloğlu Şirkətlər Qrupu ötən ildə Dövlət Sosial Müdafiə Fonduna 62 milyon manat ödəyib.Ümumilikdə, Veysəloğlu Şirkətlər Qrupu 2023-cü ildə dövlət büdcəsinə, vergi və sosial müdafiə ödəmələri daxil, cəmi …

Ətraflı oxu »

Daha 3 şirkət “Paşa Holdinq” ilə eyni ünvanda yerləşən “PMD Group”a qoşuldu

Azərbaycanda fəaliyyət göstərən 3 şirkət “AY-NT” MMC (VÖEN – 1300674131), “Aliot” MMC (VÖEN – 1402401951) və “Capital Hotel Company” MMC (VÖEN – 1404060641) ləğv olunaraq “PMD Group” MMC -yə (VÖEN – 1701459191) qoşulublar.Ləğv olunan “AY-NT” MMC 1 mart 2002-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 2 milyon 897 min 230 manat …

Ətraflı oxu »

5 mərtəbəli villasına 158 min manatlıq lift quraşdırmaq istəyən sabiq deputat Hacı Salayevi belə aldadıblar…

Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.Azinforum.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.Bu iş üzrə zərərçəkmişlərdən biri keçmiş deputat Hacı Salayevdir. O, hazırda bizneslə məşğuldur. İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü …

Ətraflı oxu »

Qazaxıstan nefti Azərbaycan vasitəsilə nəql ediləcək? – ŞƏRH

“Qazaxıstanın Azərbaycan üzərindən dünya bazarına neft çıxarmaq ideyası çoxdan var. Bakı-Tbilis-Ceyhan kəməri vasitəsilə ötürülən ilk neft nəqli məhz Qazaxıstana aid olub. Bu da təxminən 2008-ci ilin sonlarına təsadüf edirdi və proses 2009-cu ilin 6-cı ayına qədər davam edib”.Bu sözləri Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib. O, qeyd edib …

Ətraflı oxu »

Antidopinq Agentliyi tender keçirmədən 660 min manatı Türkiyə şirkətinə ödəyəcək

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 659 min 900 manat dəyərində satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir ki, Antidopinq Agentliyi satınalma müqaviləsini Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Turkish Doping Control Center” adlı antidopinq analizi Iaboratoriyası ilə bağlayıb.Məlumatda bildirilir ki, müqavilə “Dövlət satınalmaları haqqında” Qanununun 49.1.1-ci maddəsinə uyğun olaraq imzalanıb.Qeyd edək ki, Qanunun …

Ətraflı oxu »

“Azneft”də dəyişikliklər, qaz qiymətlərində ucuzlaşma… – İlham Şaban

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd Novruz tətillərindən sonra Azərbaycan əsl bahar havasına qədəm qoyub. Elə Avropada da artıq yaz fəsli özünü göstərməkdədir. Havaların mülayimləşməsi isə birbaşa enerji daşıyıcılarının qiymətlərində özünü əks etdirir. Çünki ona tələbat ən azından məişətdə azalır. Qlobal bazarlar Bu həftə …

Ətraflı oxu »

Bu il Avropada qazın qiyməti nə qədər ucuzlaşıb?

Avropada qazın qiyməti birinci rübün sonunda 2023-cü ilin sonundakı səviyyələrlə müqayisədə 17% azalaraq 1 min kubmetr üçün təxminən 306 dollar təşkil edib. İllik ifadədə azalma 38% olub.  Bunu London “ICE Futures” birjasının məlumatları sübut edir. Dekabrda yanacağın orta qiyməti 1 min kubmetr üçün təxminən 408 dollar təşkil edib. Yanvarda bu …

Ətraflı oxu »

Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi artıb

2023-cü il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 3 milyard 117.4 milyon ABŞ dolları təşkil edib. Azinforum.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 964,8 milyon ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Azərbaycandan …

Ətraflı oxu »

“Azərbaycanda əksər avtomobillər ucuzlaşacaq” – Ekspert

Nazirlər Kabinetinin məlum qərarından sonra artıq “Toyota Prius” avtomobillərinin kütləvi satışı başlayıb. Bu barədə sosial şəbəkələrdə,  elan saytlarında çoxsaylı elanlar yerləşdirilib. Belə ki, istehsal ili 15 ildən yuxarı olan sözügedən model avtomobillər taksi park sahibləri tərəfindən satışa buraxılıb. Həm də, bu avtomobillər əvvəllər 13-14 minə təklif olunurdusa, artıq yeni qərardan …

Ətraflı oxu »