Ana səhifə / İqtisadiyyat (səhifə 412)

İqtisadiyyat

ABŞ Dövlət Departamenti: “TAP Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyır”

Transadriatik Boru Kəməri (TAP) layihəsi Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Bakıda jurnalistlərə açıqlamasında deyib. S.Oudkirkin sözlərinə görə, bu layihə bütün iştirakçılar tərəfindən, həmçinin layihələrlə dolayısı şəkildə əlaqəli olan ölkələr tərəfindən dəstəklənməlidir.

Ətraflı oxu »

Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlandı

Hazırda Azərbaycanda 500-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir.  Modern.az saytının məlumatına görə bunu Bakıda 25-ci Xəzər Neft Qaz konfransı münasibətilə keçirilən qəbulda Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi Baronessa Emma Nikolson  bildirib. O qeyd edib ki, Britaniya Azərbaycanla münasibətlərdə ümidverici sahələri nəzərdən keçirəcək. “Bu sahələrə təhsil, iqtisadiyyat, qeyri-neft …

Ətraflı oxu »

Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcəsini endirdi

  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə VTB (Azərbaycan) nağd pul kredit kampaniyasına start verib. Belə ki, bu kampaniya çərçivəsində 29 iyun 2018-ci il tarixinədək nağd pul kredit məhsulu üzrə faiz dərəcəsi illik 23%-dək endirilib. Müştərilər nağd pul kreditini bankdan daha da güzəştli şərtlərlə əldə etmək üçün məsafəli xidmətlər (internet, …

Ətraflı oxu »

Mal və qoyun ətinin istehsalçı qiyməti bahalaşıb – QİYMƏTLƏR

2018-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 6.4%-lik artım baş verib. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu da daha çox bitkiçilik məhsullarının bahalaşması (6.6%) hesabına olub. Belə ki, birillik bitkilərin qiyməti dövr ərzində 9% bahalaşıb.  Dövr ərzində heyvandarlıq məhsulları 6.2% qiymət artımı qeydə alınıb. Mal …

Ətraflı oxu »

Neft bahalaşır, bəs gələn pullar hara xərclənəcək? – ŞƏRH

Azərbaycan Milli Məclisinin 2018-ci ilin büdcəsinə yenidən baxacağı gözlənilir. Mövcud büdcədə neftin bir bareli 45 dollar götürülüb. Bunun ən azı 55 dollara qaldırılacağı təxmin edilir. Hazırda neftin bir bareli 80 dollar civarında dəyişir.Neftin qiymətinin büdəcdə artırılması, ona əlavə vasaitlərin daxil olcağı anlamına gəlir. Gözləntilər 3-4 milyard dollar arasında dəyişir. Bəs …

Ətraflı oxu »

Azərbaycana 230 milyard dollar sərmayə cəlb edilib

“Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir” Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündəki çıxışında bildirib. Dövlət başçısı deyib: “Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya …

Ətraflı oxu »

Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək

2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır. Bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib. F.Qaraşov bildirib: “Bizim assosiasiyamızın bir neçə üzvü artıq iş planı hazırlayıb. Onun tərtibi üçün xarici konsaltinq və audit şirkətləri cəlb olunub. Biznes plan artıq Azərbaycan İqtisadiyyat Nazirliyinə …

Ətraflı oxu »

Bakının müştərisi olmayan ev bazarı: 4000 manata qədər olan aylıq ödənişlər

Son illərdə Azərbaycanda tikinti sektoru xeyli inkişaf edib.Paytaxtdan başlamış ölkənin ucqarlarına qədər müxtəlif tikinti şirkətləri tərəfindən yaşayış kompleksləri salınır. Həmin yaşayış komplekslərinin rəhbərləri özlərinin müəyyən etdikləri qiymətlərlə ev sahibi olmaq istəyənlərə sözdə güzəştli kampaniyalar həyata keçirirlər. Çətini həmin kampaniyalarla razılaşıb prosesə daxil olmaqdır ki, sonradan güzəştli şərtlərin müəyyən müddəaları bilərəkdən …

Ətraflı oxu »

Azərbaycan içki ixracını iki dəfə azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 739,01 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib. Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 855,12 min dollar və yaxud 50,76% azdır. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni …

Ətraflı oxu »

Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı

Türkiyənin Rizə vilayətində bu il çayçıların eyni vaxtda məhsul toplaması işçi qiymətinin artmasına səbəb olub. Çay toplama mövsümündə çalışmaq üçün Rizəyə gedən azərbaycanlı və gürcü işçilərin gündəlik əməkhaqqı 60 TL artaraq 120 TL-dən 180 TL-ə yüksəlib. Havaların istiləşməsi ilə bu il çay yığım mövsümü erkən başlayıb. İş adamlarının əksəriyyəti Ramazan …

Ətraflı oxu »