Ana səhifə / İqtisadiyyat / Bakının müştərisi olmayan ev bazarı: 4000 manata qədər olan aylıq ödənişlər

Bakının müştərisi olmayan ev bazarı: 4000 manata qədər olan aylıq ödənişlər

Son illərdə Azərbaycanda tikinti sektoru xeyli inkişaf edib.Paytaxtdan başlamış ölkənin ucqarlarına qədər müxtəlif tikinti şirkətləri tərəfindən yaşayış kompleksləri salınır. Həmin yaşayış komplekslərinin rəhbərləri özlərinin müəyyən etdikləri qiymətlərlə ev sahibi olmaq istəyənlərə sözdə güzəştli kampaniyalar həyata keçirirlər. Çətini həmin kampaniyalarla razılaşıb prosesə daxil olmaqdır ki, sonradan güzəştli şərtlərin müəyyən müddəaları bilərəkdən dəyişdirilir.Bu halda vətəndaşlar özləri də bilmədən işbazların tələsinə düşür.
Reallıq ondan ibarətdir ki, bu gün mənzil bazarında hökm sürən özbaşınalıq bəzi işbazların imkanlarını daha da artırır. Bu fürsət onların üzünü güldürsə də, ev almaq istəyənlərin ümidlərini puç edir.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, şirkətlər tərəfindən mənzillərə qoyulan qiymətlər və şərtlər əhalinin heç orta təbəqəsini əhatə etmir.Bu güzəştlər adı altında ortaya atılan şərtlər heç bir halda mənzil sahibi olmaq istəyənlərin cibinə uyğun olmur. Bu isə onların ümidlərini daha da sarsıdır.Yasamal rayonunda yerləşən premium kateqoriyalı yaşayış kompleksi “Renessans Palace”da endirimli bahar kampaniyasının keçirildiyi bildirilir.”AS Qrup İnvestment” şirkətlər qrupunun inşa etdiyi binada ayda 1850 manat ödəməklə mənzilə sahib olmaq olar.Kampaniya şərtlərinə əsasən ilkin ödəniş 25% təşkil edir. “Renessans Palace”da mənzil almaq istəyən şəxs növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir. Aksiyanın bir neçə ay davam edəcəyi də bildirilir.Ekspertlər hesab edir ki, mənzil əldə etmək üçün ayda 1850 manat ödəmək əhalinin cibinə uyğun deyil.İstənilən halda burada hansısa güzəştdən söhbət gedə bilməz. Bu kampaniyalar sadəcə olaraq əhalinin imkanlı təbəqəsi üçün sərfəli ola bilər ki, onların bu məbləği ödəməsi çox rahat şəkildə həyata keçir. Amma orta və aşağı təbəqəsi üçün bu cür şərtlər, hətta bundan bir qədər də aşağı məbləğlər sərfəli deyil.
Əmlak məsələləri üzrə ekspert Pərviz Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, daxili ipoteka kreditidirsə, şirkətlər 25 illik kredit mənzillər təklif edirlər:
“Hətta bəzilərində aylıq 3000-3500-4000 manata gəlib çıxır. Əslində aylıq 1850 manat yaxşıdır.Sadəcə olaraq hansı müddətə verilir və mənzillər hansı kvadratmetrlikdir, onları hesablamaq lazımdır.Şərtləri dəqiq öyrənmək vacibdir. İlkin 25 faiz ödəməklə kreditə mənzil  alan şəxs aylıq 1850 manat ödəmək üçün aylıq gəliri 2500 manat civarında olmalıdır ki, əlavə 35 faizi toplaya bilsin.
Amma sonradan 3 il ərzində 25 faizi bağlamaq şərti qoyulursa, bu bir qədər ağırdır. Burada  başqa bir vacib məqam da ondan ibarətdir ki, bu mənzillər premium evlərdir. Onlar adi mənzillərə nisbətən sahəsi genişdir.İlk növbədə də bu mənzillər yüksək təbəqələr üçündür.Hesab edirəm ki, belə binalarda təklif olunan mənzillərin şərtləri orta təbəqə üçün deyil, ağırdır”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …