Çərşənbə , May 15 2024
Ana səhifə / İdman (səhifə 66)

İdman

Ukraynada Azərbaycan vətəndaşı olan idmançı İTKİN DÜŞDÜ

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb. “Report”un məlumatına görə, Nikolayev şəhərində yaşayan həmvətənlimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib. Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra …

Ətraflı oxu »

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq. “Report”un məlumatına görə, bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib. Funksioner bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-da fəaliyyətə başlayacaq.

Ətraflı oxu »

Avropa çempionatı: Boksçumuz medalı təmin etdi

Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.Azinforum.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb. İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində …

Ətraflı oxu »

Təcrübəli futbolçu Azərbaycanda dopinqlə bağlı durumdan danışdı: “Millidə köklü dəyişikliklərə ehtiyac var”

“Zirə”nin və millimizin sabiq üzvü Ruslan Abışıov Qaynarinfo-ya müsahibə verib. Təcrübəli futbolçu həm futbolda dopinqlə bağlı durumdan danışıb, həm də öz karyerası ilə bağlı sualları cavablandırıb.– Hazırda futbolumuzda dopinqlə bağlı vəziyyət nə yerdədir? – Dünya idmanında dopinqə qarşı mübarizə ilə bağlı problemlər vardı. 2016-cı ildə AMADA yaradıldı. Çox böyük işlər …

Ətraflı oxu »

Ronaldodan yeni rekord

“Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.  Belə ki, Ronaldo İngiltərə Premyer Liqasında bir mövsümdə 15 qol vuran yaşı 36-dan yuxarı ilk futbolçudur. Xatırladaq ki, 37 yaşlı hücumçu ölkə çempionatının 33-cü turunda “Norviç”lə oyunda (3:2) het-trik edib.

Ətraflı oxu »

Avropa Liqası: Yarımfinalçıları bəlli oldu, “Barselona” mübarizəni dayandırdı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Almaniyanın iki təmsilçisi – “Leypstiq” və “Ayntraxt” son 4-lükdə mübarizə aparacaq. Şotlandiya “Reyncers”i ilə İngiltərə “Vest Hem”i də eyni uğura imza atıblar. Beləliklə, yarımfinalda “Reyncers” “Leyptsiq” ilə, “Vest Hem” isə “Ayntraxt”la üz-üzə gələcək. Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Avropa …

Ətraflı oxu »

Qurban Qurbanov təltif olunmasından danışdı

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı coxsaylı təbriklərə münasibət bildirib.Belə ki, 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis qol.az saytına verdiyi açıqlamada deyib:“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ali Baş Komandanımızın məni “Şöhrət” ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi …

Ətraflı oxu »

Çempionlar Liqası: “Vilyarreal” “Bavariya”nı mübrizədən kənarlaşdırdı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Belə ki, “Bavariya” ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Vilyarreal” yarımfinala yüksəlib. Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. Çempionlar Liqası, …

Ətraflı oxu »

Qurban Qurbanov: “Prezidentin sözləri bizə əlavə motivasiya verir”

“Prezidentin sözləri bizə əlavə motivasiya verir”. Bunu “Report”a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən səsləndirdiyi fikirlər barədə danışarkən deyib. Ölkə başçısı bildirib ki, biz bütün idman növlərində döyüş, hücum taktikasından istifadə edəcəyik, qalib xalq …

Ətraflı oxu »