Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Avropa Liqası: Yarımfinalçıları bəlli oldu, “Barselona” mübarizəni dayandırdı

Avropa Liqası: Yarımfinalçıları bəlli oldu, “Barselona” mübarizəni dayandırdı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Almaniyanın iki təmsilçisi – “Leypstiq” və “Ayntraxt” son 4-lükdə mübarizə aparacaq. Şotlandiya “Reyncers”i ilə İngiltərə “Vest Hem”i də eyni uğura imza atıblar.

Beləliklə, yarımfinalda “Reyncers” “Leyptsiq” ilə, “Vest Hem” isə “Ayntraxt”la üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. “Atalanta” (İtaliya) – “Leyptsiq” (Almaniya) – 0:2

Qol: Kristofer Nkunku, 18. 87 (pen.)

İlk oyun – 1:1

23:00. “Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) – 2:3

Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) – Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36

Qırmızı vərəqə: Evan N Dika, 90+10 (“Ayntraxt”)

İlk oyun – 1:1

23:00. “Lion” (Fransa) – “Vest Hem” (İngiltərə) – 0:3

Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48

İlk oyun – 1:1

23:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) – 3:1 (ƏLAVƏ VAXTDA – 1:0)

Qollar: Ceyms Tavernye, 2; 44 (pen.). Kemar Ruf, 101 – David Karmu, 83

Qırmızı vərəqə: Vitor Tormena, 43, Yuri Madeyruş, 105 (hər ikisi “Braqa”)

İlk oyun – 0:1

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …