Şənbə , May 11 2024
Ana səhifə / İdman (səhifə 222)

İdman

Ramil Şeydayevlə müqavilə ləğv edildi

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Məlumatda bildirilib ki, “Trabzonspor” Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi. Qeyd …

Ətraflı oxu »

Zabit Səmədov muay-tay çempionu Bris Quidon ilə döyüşəcək

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək. “Report” xəbər verir ki, əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı …

Ətraflı oxu »

Çempionlar Liqasının III təsnifat mərhələsi: “Qarabağ” BATE-yə uduzdu

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün “Qarabağ”  Belarusun BATE klubu ilə Bakıda ilk oyuna çıxıb. Azinforum.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri oyundan məğlub ayrılıb. Belə ki, 36-cı dəqiqədə Draqun başla hesabı açıb.  Oyunun sonlarına doğru “Qarabağ” təzyiqi artırsa da, hesaba tarazlıq gətirə bilməyib. Beləliklə, oyun …

Ətraflı oxu »

“Hələ optimal forma yığmamışıq” – Qurban Qurbanov

“Çox vacib oyuna çıxırıq. Avrokuboklarda, Çempionlar Liqasında təcrübəsi, öz dəsti-xətti olan komandaya qarşı oynayacağıq. Yaxşı hazırlaşmışıq. Rəqib də bizim qədər qalib gəlmək istəyir. Səhvsiz oynamağa, əlimizdən gələni etməyə çalışacağıq”. Azinforum.az Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandası ilə Bakıda keçirəcəkləri ilk …

Ətraflı oxu »

DÇ-2018-də Rusiyaya ən çox azarkeş hansı ölkələrdən gəlib? – SİYAHI

Bu il Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatını izləmək üçün gələnlərin statistikası açıqlanıb. Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Rusiya Sərhəd Xidməti açıqlama verib. Verilən məlumata görə, Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Rusiyaya qonaq gəlib. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), …

Ətraflı oxu »

“Qarabağ”ın BATE ilə hər iki oyunu canlı yayımlanacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına qarşı keçirəcəyi hər iki oyun canlı yayımlanacaq. “Report” xəbər verir ki, hər iki görüşü “CBC Sport” təqdim edəcək. Qeyd edək ki, Bu kollektivlər arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.

Ətraflı oxu »

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. “Report” xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Albaniyanın “Kukesi”ni komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:00-da başlayıb. Qeyd edək ki, ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Ətraflı oxu »

Azərbaycanlılar Rusiyada “Qarabağ” futbol klubu yaratdılar

Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar. Klubdan bildirilib ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır. “Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir. Üçüncü tur sentyabr …

Ətraflı oxu »

İdmançılar Azərbaycan millisindən imtina etdi – “Söhbət təkcə maaşdan getmir…”

“Biz artıq ölkəmizə, Ukraynaya dönmüşük. Bundan sonra Azərbaycan millisində çıxış etməyəcəyik”. Bu sözləri apasport.az saytına kamandan oxatma üzrə Azərbaycan yığmasının sabiq üzvü Olqa Senyuk deyib. Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Azərbaycan yığmasına gətirilən 2 legioner ölkəmizdən imtina edib. Bunlar kamandan oxatma üzrə millimizin üzvləri – Olqa və həyat yoldaşı …

Ətraflı oxu »

“Qarabağ”ın oyununa 10 min bilet satılıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” (Albaniya) matçına bilet satışı davam edir. Artıq oyuna 10 min bilet satılıb. Bu barədə klubun Feysbuk səhifəsi məlumat yayıb. Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da …

Ətraflı oxu »