Bazar ertəsi , May 20 2024
Ana səhifə / Dünya (səhifə 89)

Dünya

Ukrayna və Rusiya nümayəndə heyəti 4-cü dəfə görüşəcək

Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu keçiriləcək. Bu barədə Ukrayna Prezident Aparatının yaydığı məlumatda deyilir. Bildirilib ki, növbəti görüşün dəqiq vaxtı hələlik məlum deyil. “Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu hüquqi formatlar hazırlandıqdan sonra baş tutacaq. Bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər. Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan …

Ətraflı oxu »

Kadırov Solovyovun studiyasına tapança ilə gəlib – VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov rusiyalı jurnalist Vladimir Solovyovun şousuna silahla gəlib. O, qeyd edib ki, tapança Ukraynada istehsal olunub. Solovyovun özü Çeçenistan liderinin şounun studiyasına gəlməsini “şərəf” adlandırıb. Kadırov, “Rusiyanın maraqlarını müdafiə etmək”, “bu şeytanları, banderçiləri, nasistləri məhv etmək” üçün Ukraynaya getməyə və “bu xüsusi əməliyyatda iştirak etməyə” hazır olan …

Ətraflı oxu »

“Heç bir Qərb ölkəsinin bacarmadığını Türkiyə etdi” – Ukrayna səfiri

“Heç bir Qərb ölkəsinin bacara bilmədiyini Türkiyə bacarıb. Bu görüşü (Ukrayna, Türkiyə və Rusiya XİN başçılarının görüşü ) danışıqlar prosesinin başlanğıcı olaraq qiymətləndiririk”. “Report” DHA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirib. “Görüşdə humanitar dəhlizlərin yaradılması mövzusunda israr etdik, amma Rusiya tərəfi hələ bu məsələni müzakirə edir və …

Ətraflı oxu »

Çavuşoğlu Mirzoyanla görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Nazirlər iki ölkə arasında əlaqələrin bərpası və regional məsələləri müzakirə ediblər. Bundan başqa, A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da görüşüb.

Ətraflı oxu »

“Azad dünya Putini dəf etmək üçün bir araya gəlib” – Bayden

Ağ Ev martın 11-də Rusiya üzərinə yeni sanksiyalarını elan edib. ABŞ prezidenti Co Bayden deyib ki, onun ölkəsi Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib. Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı …

Ətraflı oxu »

Rusiya-Azərbaycan arasında uçuşlar hələ ki, mümkün deyil

Xəbər verdiyimiz kimi, Rusiya koronavirus pandemiyası ilə bağlı bir sıra ölkələrə uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib. Məhdudiyyətlərin ləğv edildiyi ölkələrin siyahısında Azərbaycan da daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və İran da adı var. “Qafqazinfo” xəbər verir ki, qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sərnişinlər arasında bu, Rusiya …

Ətraflı oxu »

Rusiyanın daha bir generalı Ukraynada öldü – Foto

Rusiyanın Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı, general-mayor Andrey Kolesnikov Ukraynada dünyasını dəyişib. “ Azinforum.az ” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko açıqlayıb. Rusiyalı generalın ölümünün detalları hələlik məlum deyil.

Ətraflı oxu »

“Mənim siyasətim hökumətin xarici siyasət gündəliyindən fərqli ola bilməz“ – Xaçaturyan

“Ermənistan prezidentinin gündəliyi, xüsusən də xarici siyasətdə hökumətin xarici siyasət gündəliyindən fərqli ola bilməz”. Bunu yeni dövlət başçısı Vahan Xaçaturyan deyib. “Beynəlxalq münasibətlərlə bağlı hökumətin qəbul etdiyi proqramı rəhbər tutacağam. Başqa gündəm ola bilməz. Ermənistan prezidentinin gündəliyi, xüsusən də xarici siyasətlə bağlı hökumətin xarici siyasət gündəliyindən fərqli ola bilməz”, – deyə …

Ətraflı oxu »

Rusiyanın müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 tələbi açıqlandı

Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb. Mətbu orqana bu barədə diplomatik mənbələrdən bildirilib. Onlardan 5-i Kremlin istədiyi kimi, Ukrayna Konstitusiyasında təsbit edilməlidir. Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır: NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu. Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu …

Ətraflı oxu »

Rusiyanın iri tank kalonuna sarsıdıcı zərbələr: polk komandiri də öldürüldü

Ukraynada, Kiyev ətrafında bu gün səhər saatlarında Rusiya ordusunun iri zirehli texnika kalonu pusquya düşüb və ciddi itkilər verib. O cümlədən tank polkunun komandiri öldürülüb. virtualaz.org xəbər verir ki, ukraynalı hərbi jurnalist Andrey Sapliyenko özünün Telegram-kanalında həmin zərbələrin pilotsuz aparatdan çəkilmiş videokadrlarını paylaşıb. Bundan əlavə, döyüşdən dərhal sonra Ukrayna xüsusi xidmət …

Ətraflı oxu »