Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Kadırov Solovyovun studiyasına tapança ilə gəlib – VİDEO

Kadırov Solovyovun studiyasına tapança ilə gəlib – VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov rusiyalı jurnalist Vladimir Solovyovun şousuna silahla gəlib. O, qeyd edib ki, tapança Ukraynada istehsal olunub.

Solovyovun özü Çeçenistan liderinin şounun studiyasına gəlməsini “şərəf” adlandırıb.

Kadırov, “Rusiyanın maraqlarını müdafiə etmək”, “bu şeytanları, banderçiləri, nasistləri məhv etmək” üçün Ukraynaya getməyə və “bu xüsusi əməliyyatda iştirak etməyə” hazır olan çeçen “könüllüləri” haqqında danışıb.

Kadırovun sözlərinə görə, Ukraynada “xüsusi əməliyyat” ləng gedir. O qeyd edib ki, buna səbəb “Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək istəməsidir”.

Kadırov vurğulayıb ki, o, bu əməliyyata komandir təyin edilsəydi, Xarkov və Kiyev tez bir zamanda “ukraynalı nasistlərdən azad ediləcəkdi”: “Mən bu əməliyyata komandir təyin edilsəydim, artıq Xarkov və Kiyevi ələ keçirəcəkdim. Və orada bir bayraq asardım”.

https://www.youtube.com/watch?v=5las7uPqdgw&t=76s

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …