Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Rusiya-Azərbaycan arasında uçuşlar hələ ki, mümkün deyil

Rusiya-Azərbaycan arasında uçuşlar hələ ki, mümkün deyil

Xəbər verdiyimiz kimi, Rusiya koronavirus pandemiyası ilə bağlı bir sıra ölkələrə uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib. Məhdudiyyətlərin ləğv edildiyi ölkələrin siyahısında Azərbaycan da daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və İran da adı var.

“Qafqazinfo” xəbər verir ki, qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sərnişinlər arasında bu, Rusiya və Azərbaycan arasında hava reyslərinin bərpası kimi başa düşülüb. Amma sözügedən məhdudiyyət pandemiya ilə bağlı uçuşlara qoyulan qadağa ilə əlaqədardır.

Yəni hazırda Azərbaycan və Rusiya arasında hava sərhədi açılmayıb. Çünki Azərbaycan Hava Yolları martın 6-dan etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reyslərinin qeyri-müəyyən müddətə dayandırıldığını açıqlamışdı. Bildirilirdi ki, vəziyyət tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər.

Beynəlxalq uçuşlarda yaranan risklər aradan qalxdıqdan sonra müntəzəm reyslər fəaliyyətə başalaycaq.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …