Ana səhifə / Dünya (səhifə 68)

Dünya

“Amerika Rusiyanın strateji çöküşünü gözləyir” – Bayden

Birləşmiş Ştatlar Ukraynanı silahlarla təmin edir və Rusiyanın strateji çöküşünü gözləyir. Bu barədə Amerika lideri Co Bayden İsrailin Baş naziri ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib. «ABŞ Ukraynanı dəstəkləməkdə davam edəcək» – o, bəyan edib. Ağ Evin sahibinin sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı «Rusiyanın strateji çöküşü» ilə başa …

Ətraflı oxu »

Ukrayna işğaldan azad etdiyi kəndlərin sayını AÇIQLADI

Ukrayna müdafiəçiləri Xerson vilayətinin 44 yaşayış məntəqəsində artıq nəzarəti bərpa edib. Bununla yanaşı, vilayətin böyük bir hissəsi hələ də işğal altında qalmaqdadır. Sfera.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri vəzifəsinin icraçısı Dmitri Butriy deyib.

Ətraflı oxu »

KİV: “Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir”

Türkiyə ilə Ermənistan arasında sərhədin minalardan təmizlənməsinə başlanılıb. “Report” xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid …

Ətraflı oxu »

Diaspor Ukraynada azərbaycanlı qəhrəmanın evini təmir etdi

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayəti İrpin şəhərinə səfəri zamanı 2014-cü ildə Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş İlqar Bağırovun həyat yoldaşı Tetyana Bağırovaya baş çəkib.  H.Cavadov bildirib ki, İrpin şəhəri atəşə tutularkən İlqar Bağırovun ziyan dəymiş mənzilinin təmirinə dəstək olublar: “Təmir işləri artıq …

Ətraflı oxu »

Rusiyanın İTKİLƏRİ – Ən çox zərbəni bu bölgədə aldılar

Ukrayna ordusu tərəfindən son sutkada 70 rus hərbiçisi öldürülüb.  Bununla da Rusiyanın fevralın 24-dən bu yana ümumi  itkisi 37 470 nəfərə çatıb. Bu barədə  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Rusiyanın texnika sarıdan itkiləri belədir: 1 649 tank; 3 829 zirehli döyüş maşını; 838 artilleriya sistemi; 247 reaktiv yaylım atəşi sistemi; 109 hava …

Ətraflı oxu »

Ukraynaya növbəti dəfə yardım ediləcək

Dünya Bankı Ukraynaya 1,7 milyard dollar yardım ayırıb. Bu barədə ölkənin Baş naziri Denis Şmiqal tviter səhifəsində yazıb. Onun sözlərinə görə, bu, ABŞ-ın son 2 həftə ərzində ikinci qrantıdır. Yardımın ümumi məbləği isə 3 milyard dollardır.

Ətraflı oxu »

FETÖ lideri ölüm yatağında

Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülən xəstəxanaya yerləşdirilib. Bu barədə FETÖ-nün internet saytında məlumat verilib. Gülənin təbliğatının aparıldığı herkul.org saytı onun xəstəxanada olduğunu təsdiqləyib. FETÖ-nün rəhbər heyəti Gülən üçün dualar istəyib.

Ətraflı oxu »

Rusiyanın 37 500 hərbçisi məhv edildi

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1645 tank, 3828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 …

Ətraflı oxu »

İsrailin Baş naziri Türkiyə Prezidentinə zəng edib

İsrailin yeni baş naziri Yair Lapid Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə dövlət başçısını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İsrail əlaqələri və regional proseslər müzakirə olunub. Türkiyə dövlət başçısı Yair …

Ətraflı oxu »

Blinken Şri-Lankadakı iğtişaşlarda Rusiyanı günahlandırdı

ABŞ-ın dövlət katibi Entoni Blinken hesab edir ki, Şri-Lankadakı iğtişaşlara Ukrayna taxılının Rusiya tərəfindən oğurlanması səbəb olub. O, Rusiyanı Ukraynadan taxıl ixracına icazə verməyə çağırıb. Blinken, həmçinin taxıl çatışmazlığının bütün dünyada başqa böhranlara səbəb ola biləcəyindən narahatlığını ifadə edib.//Oxu.az

Ətraflı oxu »