Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət (səhifə 535)

Cəmiyyət

Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur – RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Nazirlik rəsmisinin sözlərinə görə, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin …

Ətraflı oxu »

SMS sistemi ilə evdən çıxmağın detalları – VİDEO

Xəbər verdiyimiz kimi, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Yeni qaydalara əsasən, aprelin 5-dən etibarən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə məlumat verməli olacaqlar.Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində qonaq olan aidiyyatı …

Ətraflı oxu »

İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi – VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb. Görüntüləri oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.  Avtosfer.az xəbər verir ki, aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. …

Ətraflı oxu »

Rasim Balayev: “Həyat yoldaşımla ayrılmışıq”

Xalq artisti Rasim Balayev Xəzər televiziyasında yayımlanan ”Səni axtarıram” verilişinə canlı video bağlantı ilə qoşulub. ”Ölkə.Az” xəbər verir ki, sənətkar vətəndaşlara evdə qalmağı tövsiyyə edib. ”Ay qardaş özünə hörmət etmirsənsə, heç olmasa yaxınlarına hörmət et. Virusun qurbanına çevrilmə. Virusun özünə çevrilmə”.  Sənətkar yarı zarafat həyat yoldaşı ilə evdə otaqlarını da …

Ətraflı oxu »

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur – QƏRAR

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi …

Ətraflı oxu »

Azərbaycanda bu şəxslər küçəyə çıxa biləcək – SİYAHI

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Aprelin 20-dək aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin …

Ətraflı oxu »

“Avtobuslarda sıxlığın səbəbi küçələrdə boş-boş gəzənlərdir” – EKSPERT

Xəbər verdiyimiz kimi koronavirusun ölkədə geniş yayılmasının qarşısının alınması məqsədi ilə ötən gün metroda qatarların hərəkəti 20 aprelə qədər dayandırılıb. Belə olduqda isə bütün güc Bakı Nəqliyyat Agentliyinin (BNA) istifadəyə verdiyi xüsusi ekspress avtobusların üzərinə düşür.  Lakin bu vəziyyətin avtobuslarda sıxlığın daha da artmasına gətirib çıxarması insanlarda narahatlıqlar yaradır. Hətta …

Ətraflı oxu »

Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu kimi halların qarşınının alınması məqsədi ilə DİN-in əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Belə ki, respublikanın şəhər …

Ətraflı oxu »

Azərbaycanda 37 polis işdən çıxarıldı

Keçən il daxili nəzarət çərçivəsində aşkarlanmış 290 fakt üzrə 378 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb. Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.  Hesabatda qeyd edilib ki, onlardan 19-u daxili işlər orqanlarından xidmətdən azad olunub, 37-si tutduğu vəzifədən azad edilib, 322 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.(pravda.az)

Ətraflı oxu »

Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı

Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə”.  Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva APA-ya müsahibəsində belə deyib. Nərmin xanım atasının mətbuata açıq …

Ətraflı oxu »