Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Avtobuslarda sıxlığın səbəbi küçələrdə boş-boş gəzənlərdir” – EKSPERT

“Avtobuslarda sıxlığın səbəbi küçələrdə boş-boş gəzənlərdir” – EKSPERT

Xəbər verdiyimiz kimi koronavirusun ölkədə geniş yayılmasının qarşısının alınması məqsədi ilə ötən gün metroda qatarların hərəkəti 20 aprelə qədər dayandırılıb. Belə olduqda isə bütün güc Bakı Nəqliyyat Agentliyinin (BNA) istifadəyə verdiyi xüsusi ekspress avtobusların üzərinə düşür.  Lakin bu vəziyyətin avtobuslarda sıxlığın daha da artmasına gətirib çıxarması insanlarda narahatlıqlar yaradır. Hətta sosial şəbəkələrdə bir neçə avtobuslarda yaranan sıxlıqlarla bağlı görüntülərin yayıldığının şahidi olmuşuq. Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında hər bir sahədə nöqsanların olduğunu bildirdi:
“Metro işləyən dövrdə də bu sıxlıq müşahidə olunurdu və bu gün də həmin problem davam edir. Lakin BNA və digər daşıyıcı şirkətlər bütün güclərini səfərbər ediblər. Hətta qəsəbələrdə yeni avtobuslar xəttə buraxılıb. Lakin, təəssüflər olsun ki, boş-boş küçədə gəzən, heç bir işi olmadığı halda lüzumsuz yerə küçələrə çıxanlar var. Onlara görə həqiqətən işə gedən insanlar yollarda qalır və beləliklə də sıxlıq müşahidə olunur. Hər bir cəmiyyətdə deyə bilmərik ki, hər şey yüksək səviyyədə təşkil olunub. Yaranmış vəziyyət qəfildən gələn bir bəladır və buna görə də vətəndaşların buna ciddi yanaşması tövsiyyə edilir. Metronun bağlanıb, bütün yükün avtobusların üzərinə düşməsi halı bu günə qədər müşahidə olunmayıb. Ona görə hal-hazırda əlimizdə olan imkanlardan istifadə edirik.
Səhiyyə sahəsi və ya digər sahələrdə də çatışmazlıq çoxdur. Çünki, heç kim belə bir bəlanın gələcəyini gözləmirdi.  Qeyd edim ki, istənilən sahədə nöqsan axtarsaq taparıq. Eyni ilə bu sahədə də müəyyən problemlər  var. Hətta avtobuslarda sıxlıqlar bu günə qədər də müşahidə olunurdu, o zaman metrolar da fəaliyyət göstərirdi, gündəlik taksilər də çalışırdı. İndiki vəziyyətdə bir çox iş yerləri dayandırılıb, amma yenə də sıxlıq müşahidə olunur. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi verdiyi sözə əməl edərək müəyyən qrafiklər tətbiq edəcək və bu qrafiklər əsasında da yaranmış çətinlik aradan qalxacaq. Həll edilməyəcək problem yoxdur. Sadəcə vətəndaşlar boş-boşuna küçələrə çıxıb, avtobuslardan istifadə etməsinlər və müəyyən qədər boş xətlər üzrə ayrılan avtobuslar dolu xətlərə yönləndirilsə, məsələ öz həllini tapacaq”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …