Ana səhifə / Cəmiyyət (səhifə 468)

Cəmiyyət

Ordumuzun Qarabağda zəfər yürüşü Bakıda bayraq və xəritə ajiotajı yaradıb

İşğal altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun Qarabağda apardığı uğurlu döyüş əməliyyatları onillərdir itirilmiş torpaqların yanğısı ilə yaşayan Azərbaycan xalqının da milli ruhunu yüksəltdi. Kimi ön, kimi də arxa cəbhədə səfərbər oldu. Uşaqdan böyüyə hər kəs bu günlərdə orduya dəstək üçün əlindən gələni etməyə çalışır. Bu dəstəyin ifadəsi kimi …

Ətraflı oxu »

Şükür Həmidov arzusuna çatdı… – FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Bu gün Prezident İlham Əliyev şəhid zabitin atası Nəriman Həmidovla telefon danışığı zamanı Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini deyib.Məlumat üçün bildirək ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun …

Ətraflı oxu »

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə yayılan bir video bunun bariz nümunəsidir. Videoda hərbçilərimizdən birinin gitara müşayiəti altında vətənpərvərlik ruhunda mahnı oxuması əks olunub. Fonda eşidilən atəş səsləri isə videoya xüsusi rəng qatır. 

Ətraflı oxu »

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası ilə bağlı məlumatlar

Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə videomüraciəti yayımlanıb.  Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina …

Ətraflı oxu »

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da ordumuza ciddi dəstək verdiyi, əsgərlərimiz, dövlətimizlə həmrəylik sərgilədiyi müşahidə edilməkdədir. Şanlı Azərbaycan ordusuna daha bir dəstək Odessa azərbaycanlıları və Ukrayna Azərbaycanlıları Konqresinun Odessa Vilayət Təşkilatı tərəfindən göstərilib. Odessadakı soydaşlarımızın yığdığı vəsait hesabına alınan ərzaq və qeyri-ərzaq …

Ətraflı oxu »

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor Mais Bərxudarov da var. Əliyar Əliyev həm də tanınmış idmançı olub. Yunan-roma güləşi ilə məşğul olan Milli Qəhrəman Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti …

Ətraflı oxu »

Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi yoluxanların sayı kəskin artıb. Belə ki, bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölənlərin sayı isə 7-yə çatıb. Yoluxanların sayının artmaması üçün yenidən SMS icazə sisteminə keçirilə bilərmi? Professor Adil Qeybulla bildirib ki, SMS icazənin yenidən …

Ətraflı oxu »

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. Trend-in məlumatına görə, general – mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib. Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib. 1985-ci ildən daxili işlər …

Ətraflı oxu »

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi bütövlüyümüzü bərpa etmək üçün səfərbər olmamız dünya ictimaiyyətinin  də diqqətinin çəkib. Bu dəfə isə qardaş Türkiyə mətbuatında əməliyyatlara başçılıq edən üç generalımız: Mais Bərxudarov, Hikmət Mirzəyev və Hikmət Həsənovdan danışılıb.Hər üç generalımızın əks-hücum əməliyyatlarında əldə …

Ətraflı oxu »